geyim

Kilolu qadınlar necə geyinməlidir? Yüksək bel, zolaqlı parçalar…

Baxış sayı: 482

Çəkili qadınların ən böyük problemlərindən biri də nə geyinəcəkləridir. Bəzən onlar bir çox paltarı geyinməyi özlərinə kompleks edirlər. Əsasən də qarınlı qadınlar…

Daha çox qarın hissədən kökələn xanımların geyim seçimi daha çətindir. Bəs, belə xanımlar necə geyinməlidir?

Beləliklə, bununla bağlı bir neçə məsləhəti təqdim edirik:

 

Mümkün qədər yüksək bel şalvarlardan uzaq olmaq lazımdır

Məcbur olmadıqca qısa “crop”lar geyinməyin

Çox düşük bel şalvarlardan da istifadə etməyin. Belə şalvarlar qarın nahiyəsini sıxır və artıqlığın yandan görünməsinə səbəb olur

Göbəkli qadınlar qarnı sıxmayan parça şalvarlara üstünlük verməlidir

Çox dar köynəklər qarnı olan qadınların qaçınmalı olduğu modellərdəndir

Zolaqlı dar donlar qarnı olan qadınlar üçün doğru seçim deyil. Bədəni iki yerə bölən r və parçalar və zolaqlı naxışlar sizi həmişə daha dolu göstərəcək.

Qara və ağ kombinlər də bədəni iki yerə ayırır. Amma bu geyimlər daha zərif və sadə görünüş əldə etməyinizə kömək edir. Yüksək belli mini ətəklərlə köynək kombinləri göbəyi olan qadınların istifadə edə biləcəyi geyimlər arasındadır.

Əgər don almaq istəyirsinizsə və göbəyinizdən şikayət edirsinizsə, onu gizlətməyin ən yaxşı yollarından biri nazik kəmərdən istifadə etməkdir. Həmçinin belə etməklə paltarı daha canlı göstərə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir