KISI-QADIN

Kişi və qadının 50 təməl fərqi

Baxış sayı: 1. 253

“Gencaile.az”-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, mütəxəssislər kişi və qadınların 50 təməl fərqini izah ediblər. Həmin fərqlər bunlardır.

 

Sızanaqlar: Kişilərin sızanaq problemi daha çoxdur. Bu da daha çox testosteron hormonundan qaynaqlanır. Bu hormon yağ vəzilərini xəbərdar edir və dəridəki məsamələrin tıxanmasına, bu səbəbdən də sızanağın yaranmasına səbəb olur.

Ünsiyyət: Qadınlar ünsiyyət qurmaq üçün gün ərzində 20 min söz, mimika və jest istifadə edirsə, bu göstərici kişilərdə sadəcə 7 mindir.

Üzmə qabiliyyəti: Qadınlar dərilərinin altında yağ təbəqəsi olduğundan daha yaxşı üzürlər.

Bədən qoxusu: Kişilərin bədən qoxusu qadınlardan daha çox güclüdür.

Təcavüzkarlıq: Kişilər qadınlardan daha təcavüzkar olub, fiziki güc istifadəsinə daha meyllidirlər. Bunun səbəbi testosterone hormonudur. Buna cavab olaraq isə qadınlar ya sözlərlə hücum edir, ya da döyüşürlər.

AİDS: Hər dörd AİDS xəstəsindən yalnız biri qadındır. Bunun səbəbi isə qadınların X xromosomundan iki dənə daşımasıdır. Çünki bir sağlam, bir xəstə xromosoma yenə sahib olsalar belə, sağlam gen xəstə genə qalib gələr və qadınlar xəstə yox, sadəcə daşıyıcı olarlar.

Yüksək səs tonu: Qadınlar yüksək səslə danışmağı və səsli düşünməyi sevir, kişilər isə hər ikisini də daxildə etməyi seçir. Buna görə qadınlar kişiləri “duyğusuz, eqoist varlıqlar”’ , kişilər də qadınları “’davamlı baş ütüləyən başbəlaları” olaraq görürlər.

İdman: İdman mövzusunda kişilər qadınlardan daha sürətlidir, ancaq qadınlar daha dözümlüdürlər.

Qan: Kişilərdə 4.5, qadınlarda 3.6 litr qan var. Kişi qanı daha tünd konsistensiyalıdır, bir damlasında 1 milyon qan hüceyrəsi var. Cəmi olaraq kişilərdə 1 kub santimetr qanda 5 milyon qırmızı qan hüceyrəsi var, bu da qadınlarla müqayisədə yüzdə iyirmi çoxluq deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Bu dəyər qadınlarda 130/80-dir.

Yaş dönüşü: Qadınlar menopoz dövründə istilik gəlmə, yuxusuzluq, kökəlmə, gecə tərləmələri və vajina quruluğu kimi hallar keçirirlər. Kişilər andropoz deyilən yaş dövründə az qala heç bir fiziki əlamət yaşamırlar.

Bədən temperaturu:  Kişilərin bədən hərarəti qadınlardan daha yüksəkdir.

Su: Kişilərin bədəninin 60-70 faizi sudan ibarətdir. Qadın bədənindəki su nisbəti isə 50-60 faiz arasındadır.

qadin-kisi

Skelet: Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağır, oynaqları isə daha böyükdür. Bunun əvəzində qadınların omba sümükləri daha geniş, oynaqları daha elastikdir.

Səs telləri: Qadınların səs telləri daha qısa olduğundan səsləri daha nazikdir.

Bədənin ağırlıq nöqtəsi: Çiyin və omba skeletləri fərqli olduğundan, qadınların ağırlıq nöqtəsi kişilərinkindən daha aşağıdadır.

Müvəffəqiyyət: Müvəffəqiyyətli bir kişi arvadının xərclədiyindən  çox pul qazanan kişidir. Müvəffəqiyyətli qadın isə həyatının  kişisini tapan qadındır.

Duyğu orqanları: Qadınların eşitmə və iyləmə duyğuları daha güclüdür. Bunun əksinə kişilər işığa qarşı daha həssasdır. Kişi gözləri də daha yaxşı görmə qabiliyyətinə malikdir.

Yağ: Kişilərdə qadınlarda olanın yarısı qədər yağ toxuması vardır. Qadınlarda yağ toxuması bədənin 27 faizini təşkil edərkən , bu  kişilərdə 15 faiz təşkil edir. Qadın bədənində kişilərdən 3,5 kq daha çox yağ var. Yağ kişilərdə daha çox qarın nahiyəsində toplanır, qadınlarda isə daha çox omba, baldır və göbəkdə yığılır.

Xəstəliklər: Kişilər yaşadıqları müddət ərzində  qadınlardan orta hesabla  40 gün daha az xəstələnir.

Dirsək: Qadınlar kişilərlə müqayisədə qollarını dirsəkdən 6 dərəcə daha çox aça bilərlər.

Xromosomlar: Erkək və dişilərdə cəmi 46 xromosom var. Bunların yarısı atadan, yarısı anadan gəlir. Bu 46 xromosomun içindən iki dənə cinsiyyət hormonu vardır ki, bu kişidə XY, qadında XX olaraq adlandırılır.

Saçlar: Qadınların saçları daha sıx və daha müqavimətlidir. Saç kökləri iki mm daha dərində olduğu üçün kişilərdəki kimi tez tökülmür.

Əzələlər: Kişilər qadınlardan fərqli olaraq  50 faiz çox əzələ gücünə malikdir. Yetginlik çağında kişilərdə əzələ hüceyrələrinin sayı 20 dəfə, qadınlarda 10 dəfə artır. Kişilər qadınlardan üçdə bir nisbətində daha güclüdür.

Dəri: Kişilərin cəmi 1,8 kvadrat metr, qadınların 1,6 kvadrat metr dəriləri var. Qadının dərisi daha incə və quru olur, buna görə də o daha həssasdır. Kişidə tər vəzləri və dərialtı yağ vəziləri  çox olduğundan dərisi yağlıdır və çox tərləyirlər.

Ağciyərlər: Kişilərin ağciyərləri qadınların ağciyərlərindən 50 faiz daha geniş həcmə malikdir.

QADIN-KISI

Yemək: Eyni çəkidə  olan  kişilər qadınlardan daha çox yemək ehtiyacı hiss edirlər, çünki onların maddələr mübadiləsi daha sürətlidir.

Ağlamaq: Qadınlar kişilərdən 5 qat çox ağlayırlar. Ən çox da saat 19.00-22.00 arası bu müşahidə olunur.

Enerji xərcləməsi: Kişilər hərəkətsiz halda, bədənin kvadrat metri başına orta hesabla  39,5 kalori, qadınlar isə 37 kalori sərf edirlər. Kişinin gündəlik kalori ehtiyacı 2700 kalori, qadınınkı isə 2000 kaloridir.

Anticisimlər: Qadınlar daha çox anticisim çıxarırlar, buna görə də kişilərlə müqayisədə bakteriya və virus xəstəliklərinə daha seyrək tutulurlar.

Beyin: Kişi beyni 14 faiz daha ağırdır. Buna qarşılıq qadınlarda iki yarım kürə arasındakı ünsiyyət daha yaxşıdır.

Öd kisəsi daşı: Qadınların 20, kişilərin isə 8 faizində öd kisəsi daşı meydana gəlir.

Ürək döyüntüsü: Kişilərin ürəyi daha böyükdür və daha yavaş döyünür: Dəqiqədə kişilərin ürəyi orta hesabla 72 dəfə, qadınların ürəyi isə 80 dəfə döyünür.

İstilik həssaslığı: Qadınlar qalın yağ toxumalarına sahib olduqları üçün soyuğa daha dözümlüdürlər.

Qocalmaq: Kişilər qadınlardan daha sürətli qocalır. 55 yaşındakı qadın fiziki gücün 90 faizinə malikdir. Halbuki, eyni yaşdakı bir kişi fiziki gücün yalnız 70 faizinə malik olur. 35 yaşındakı bir kişinin damar sistemi, 50 yaşındakı qadının damar sisteminə bərabərdir. Buna baxmayaraq,  qadınlarda dəri daha incə olduğundan tez qocalır və qırışır. Qadınlar qocalmaq faktını psixoloji olaraq kişilərdən daha asan qəbul edirlər.

Yetkinlik: Kişilərin yetginlik dövrü 10-15, qadınlarınki 9-14 yaş arasındakı dövrü təşkil edir.

Qıçlar: Kişilərin qıçları daha uzun və əzələlidir. Buna görə qadınlardan daha sürətli qaçar, daha uzağa tullanırlar.

Həyat müddəti: Kişilərin orta ömrü 71 il yarım, qadınlar da isə 78 ildir.

Bədən ölçüləri: Kişi orta hesabla  175 sm boyunda və 73,5 kq ağırlığındadır. Sinə ətrafı 98,5 sm, beli 80,4 sm-dir. Qadınlar isə 160 sm boya malik olub 61,2 kq-dırlar. Sinə ətrafı 90,1 sm, omba genişliyi 96,5 sm, bel 74,3 sm-dir.

Ulqum: Qırtlaqdakı ulqum adlı çıxıntı yalnız kişilərə xasdır.

Tənəffüs: Kişilər dəqiqədə orta hesabla 16 dəfə nəfəs alıb-verir. Qadınlarda isə bu göstərici  dəqiqədə 20-22 dəfədir.

İnkişaf: Həddi buluq çağına qədər qızlar kişilərdən daha sürətli böyüyür. (10-a 8 nisbətində). Oğlanlar 14-15 yaşları arasında inkişafa başlayırlar və 20 yaşına qədər böyümə prosesi gedir.  Qız uşaqlarının ən sürətli inkişaf dövrü 12-13 yaşları əhatə edir və 17-18 yaşında bu inkişaf dayanar.

qadin-kisi

Kişilər məntiqli və anlayışlı olduğu halda, xanlmlar həssas, yaradıcı və inteqrasiyaya meyillidir.

Kişilərin qadınlarla bağlı ən çox şikayət etdiyi şey qadınların onları dəyişdirməyə çalışmasıdır. Xanimların isə bəyənmədiyi cəhət onları dinləməməsdir.

Qadınlar kişilərdən 3 qat çox baş ağrısı çəkirmiş.

Evlilik qərarları: Kişi yorulduğu üçün evlənir, qadınlar isə maraqlı olduğu üçün. Nəhayətdə isə hər iki tərəf  xəyal qırıqlığına uğrayır. Qadınlar ərə gedənə qədər gələcəkləri ilə bağlı narahatlıq kecirirlər.

Stil: Kişilər səhərdən axşama qədər baxımlı olmağa çalışırlar.

Evlilikdən gözləmələr: Qadın kişiylə onun dəyişəcəyini ümid edərək evlənər, amma o dəyişməz. Kişi qadınla onun dəyişməyəcəyini ümid edərək evlənər, amma o dəyişər.

Qadın nə istəyir?: Qadınlar düşünütlər ki, kişi öz arvadını xoşbəxt etməsi üçün onların istədiyi davranışlara icazə verməlidir.

Səhvlər: Evli bir kişi səhvlərini unutmalıdır: İki adamın birdən eyni şeyi xatırlamasına ehtiyac yoxdur

Evli kişilər subaylardan daha çox yaşayarlar, ancaq evli kişilər ölümü subaylardan daha çox arzulayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir