kisi-qadin

Kişilər qadınlardan nə istəyir?

Baxış sayı: 404

Hər kişinin xəyal etdiyi və həyatını bölüşmək istədiyi qadın tipi var. Bəziləri düşünür ki, kişilər uzun boylu, arıq və ya estetikli qadınlara daha çox üstünlük verir. Amma bu doğru deyil.  Əmin olun, bu ideal qadının gözəllik kraliçası ilə heç bir əlaqəsi yoxdur.

Araşdırmalara görə, kişilərin ilk önəm verdiyi gözəllik və seksuallıq olsa da, uzunmüddətli münasibətdə olmaq istədikləri qadında axtardıqları xüsusiyyətlər çox fərqlidir. Çünki kişilər monotonluqdan qorxurlar. Əgər, ehtiyac duyduğu hər bir şeyi bir insanda tapırsa, deməli o qadın axtardıqları mükəmməl qadındır.

kisi-qadin

Kişilər fikri və sözü qətiyyətli, onları idarə edə biləcək, onlara qarışan bir qadına daha çox üstünlük verirlər. Kişilər uzun müddət eşq yaşadıqları qadını övladlarının potensial anası kimi görürlər və ona yanaşmanız gələcəkdə necə ana olacağınıza dair ipucları verir. Onlar hər zaman onlara qeyd-şərtsiz sevgi bəxş edə biləcək, qayğıkeş, lakin itaətkar olmayan bir qadın axtarırlar. Qadının sevdiyi kişini hər şəraitdə dəstəkləməsi, onu olduğu kimi qəbul etməsi çox önəmlidir. Kişi ilə qadının bir-birinə inamı nə qədər böyük olsa, bu münasibətin kökləri də bir o qədər sarsılmaz olar.

Kişilər təbiətcə sevdiklərini qorumağı və güclü lider rolunu oynamağı xoşlayırlar. Kişilərin qadınlara özlərini sübut etmə yollarından biri də onlara kömək etməkdir. Məhz elə bu səbəbdən kişilər ona ehtiyacı olan qadınlara daha çox üstünlük verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir