kökəlmə

Kökəlmək üçün nə etməli ?

Baxış sayı: 1. 785

1. Gündəlik bəslənmə proqramınızı edərkən, miqdarı az, enerji dəyəri yüksək yeməkləri seçməniz lazımdır. Məsələn 1 kasa sütlü şirniyyatın içinə 2 yemək qaşığı əlavə olunmuş qoz, miqdarını dəyişdirməz amma enerjisini artırmış olar.
2. Yeməklərinizdə bol ədviyyat istifadə edin. Xüsusilə qırmızı bibər, nanə iştahınızı açılmasını təmin edər.
3. Yeməklərdən əvvəl və ya yeməklərlə birlikdə su içməyin. Çünki yeməklərlə birlikdə alınan su tez doymanızı təmin edər. Gündəlik almanız lazım olan 2 litr suyu yeməkdən sonra və ya aralarda için.
4. Sağlam kilo artımını tez bazar yeməklərlə deyil qida dəyəri yüksək qidalar ilə təmin etmək ən doğru yoldur. Məsələn, balıq, süd, qatıq, pendir sıxlıqla istehlak etməniz lazım olan qidalar arasında olmalıdır.
Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.
Qəbul edilən karbohidratın miqdarını artırın.
Südə bal, cem, mürəbbə əlavə edərək için.
Təzə meyvə sularına üstünlük verin.
Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
Yeməkdən sonra şirniyyat qəbul edin.
Fındıq, fıstıq, badam, qoz və s yeyin.
Hər gün yumurta qəbul edin.
Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.
Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır.
Qeyd edək ki, ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir.

Olmaz:
Gündə 2 stəkandan artıq çay içmək olmaz.
Yuxarıda yazılanlara əməl edərkən,qorox,noxud,ispanaq,kələm yeyilməməlidir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir