KOK

Kök pəhrizi ilə arıqlayın

Baxış sayı: 275

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən tərəvəzdir. Üstəlik onun kalorisi başqa tərəvəzlərdən daha azdır. Kök pəhrizinə riayət etməklə həftə ərzində 4-5 kiloqram atmaq mümkündür.

Beləliklə, Rusiya mətbuatına istinadən ideal kök pəhrizin təqdm edirik

 

Diqqət!

Yeməklər zeytun yağında, az bişməlidir.

 

Hər gün səhər:

1 stəkan süd, 1 dilim qara çörək, 1 stəkan şirəsi.

 

I gün:

Günorta: Köklə qovrulmuş düyü, 100 qram ağ pendir, bir pay brokollo.

Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı.

 

II gün:

Günorta: pomidorlu düyü, salat, suda bişmiş toyuq əti.

Axşam: kök qovurması, 1 dilim tost çörəyi, 1 ədəd közdə bişmiş badımcan.

 

III gün:

Günorta: 2 köklə bişmiş düyü, salat, 1 ədəd alma.

Axşam: 150 qram közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi.

 

IV gün

Günorta: köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı.

Axşam: toyuqlu kök qovurması, 1 pay salat, 1 dilim tost çörəyi.

 

V gün:

Günorta: pomidorlu düyü, salat, 1 dilim ananas.

Axşam: göyərtili-pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı.

 

VI gün

Günorta: kök şorbası, 100 qram ağ pendir və tərəvəz xörəyi.

Axşam: Göyərtili–pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı.

 

VII gün

Günorta: sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa  meyvə salatı.

Axşam: kök qovurması, 1 dilim tost çörəyi, 1 kasa salat.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir