Zumrud

“Mən beləyəm” yanaşması nə dərəcədə doğrudur? – “SEANS VAXTI”

Baxış sayı: 423

Həm özümüz üçün həm də qarşımıza çıxan insanlar üçün “Mən buyam” yanaşmasını etmək inkişafa əngəl olur. Belə olduqda şəxs müəyyən xarakterik xüsusiyyətlərinin heç dəyişməyəcəyinə inanır və buna uyğun olaraq da hərəkət etməz. Bunun altında isə anası tərəfindən formalaşdırılmış şəxsiyyət dayanır.

Bundan qaynaqlanaraq şəxs artıq heç birşeyin dəyişməyəcəyinə inanıb, özünü günahlandırmağa başlayır. Hər bir şəxs özü istədiyi təqdirdə müəyyən dəyişikliklər edə bilər. Bu yolda olan uğursuzluqların təməlində düzgün seçilməmiş yöntəmlər ola bilər.

İnsanın tamamilə birdən dəyişmək istəyinin olması, səbrsiz davranması, tez qərar verib tez də sönməsi də səbəb ola bilir. Misal: Soyuqqanlısan yanaşması olan şəxs tamamilə bunu dəyişdirə bilməsə də, müəyyən qədər söhbətlər edərək bunu inkişaf etdirə bilər. Tez parlayan və qəzəbli biri bunu tamamilə dəyişdirə bilməyə bilər, lakin özünü qəzəbləndirən mövzuları öncədən müəyyən edə bilər. Dəyişim mümkündür, “Mən beləyəm” yanaşması obyektiv yanaşma deyildir.

 

Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi“nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir