toy

Məşhurların bahalı toy mərasimləri – Kim nə qədər xərcləyib?

Baxış sayı: 575

“Gencaile.az” saytı “Lent.az”-a istinadən bahalı toy mərasimləri ilə yadda qalmış məşhurlar haqqında məlumat verir.

Müğənni Selin Dion və Rene Angelilin 1994-cü ildə baş tutan toyu 500 000 dollara başa gəlmişdi. Bu siyahımızdakı ən ucuz toydur.

 

Müğənni Meray Kerri və  biznesmen Tommi Mottola da 550 000 dollarlıq  toya imza atmışdılar.

Hollivud ulduzları Bredd Pittlə Cennifer Enistonun 2000-ci ildə baş tutan toyu 1 milyon dollara başa gəlmişdi.

Müğənni Ser Elton Con və həmçinsi Devid Furniş 2004-cü ildə təşkil olunmuş toylarına 1,5 milyon dollar xərclədilər.

Devid və Viktoriya Bekkemlərin  1999-cu ildə baş tutan toyu 1 milyon dollara başa gəlmişdi.

Hollivud ulduzları Ketrin Zeta Consla Maykl Duqlasın toyu 3 milyon dollarla nəticələndi. Gəlinlik 140 min dollar, gəlinin başındakı almaz qaşlı tac isə 300 000 dollar dəyərində idi.


Kim Kardaşyan və Kanye Vestin toyu üçün 2,8 milyon dollar xərclənmişdi.


Pryanka Çopra ilə Nik Conasın toy məclisinə 3 milyon dollar, xüsusi tikilmiş gəlinliklərə 2 milyon dollar xərclənmişdi.


Keti Holm və Tom Kruzun toyuna 3,5 milyon dollar xərclənmişdi.

Fransalı milyonçu Pinault ilə aktrisa Salma Hayekin toyuna 4 milyon dollar lazım olmuşdu.


Corc Kluni və Amal Aluddinin toyu 4,6 milyona başa gəlib.


Kim Kardaşyan ikinci dəfə ərə gedəndə toyu üçün 10 milyon xərclənməsini tələb edib. Düyün fotolarını satarqsa 18 milyon dollar qazanmışdı.Qız qaldıqca qızıla dönürmüş.


Tarixin ən bahalı toyu isə Britaniya kral ailəsinə məxsusdur. Şahzadə Uilyam ilə Keyt Middletonun toyu bütün dünyanın diqqətini çəkmişdi. Bu toy üçün krallığın büdcəsindən 34 milyon  funt sterlinq xərcləndi. Toya dünyanın hər yerindən 1900 qonaq dəvət almışdı. 3 milyon insan toyu televiziya vasitəsilə izlədi. Təkcə toy üçün ayrılmış güllərə 800 000 dollar, toy tortuna 80 000 dollar xərclənmişdi. Keytin gəlinliyi 434 000 dollar dəyərində idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir