meshurlarin toyu

Məşhurların dəbdəbəli toy obrazları – FOTOLAR

Baxış sayı: 277

Məşhurlar daim diqqət mərkəzində olurlar. Kimiləri gözəl repertuarı ilə , kimiləri səhnə performansı, bəziləri  geyimləri ilə seçilirlər. Bu yazıda  məşhurların diqqətçəkən toy obrazları haqqında danışacağıq.

 

Qven Stefani

Rok ifaçısı Qven Stefaninin toyu 2017-ci ildə Londonda baş tutub. O, toya flaminqo quşu kimi ağ və çəhrayı rəngdən ibarət gəlinlik libasında təşrif buyurub. Bleyk Şelton ilə gizlincə evlənən  cütlüyün toyu ailə ətrafında olub. Onun geyimini  çox da tanınmayan dizaynerin hazırlayıb. Bleyk isə ənənəvi kovboy stilində geyinib. Qeyd edək ki, Qven Stefaninin musiqiçi Qevin Rossdeyldən 3 oğlu var.

 

Pamela Anderson

“Çimərlik gözətçisi” filmi ilə bütün dünyaya tanınan məşhur aktrisa Pamela Anderson bir neçə dəfə ailə həyatı quran məşhurlar sırasına daxildir. Çılğın hərəkətləri ilə seçilən aktrisa nə az, nə çox düz 5 dəfə ailə həyatı qurub. Qeyri-adi geyimlərə üstünlük verən Pamela Anderson ənənəsinə sadiq qalaraq toyuna kapitan papağı və ağ bikinidə gəlib.

 

Biyanka Jagger

Maykl Jaggerin keçmiş həyat yoldaşı Biyanka Jagger onların  rok üslubunda təşkil olunmuş toy məclisində  altdan heç nə geyinməyərək ağ smokinqdə gəlmişdi.  Onun geyindiyi bu qeyri-adi libas səs-küyə səbəb olmuşdu.

 

Yoko Ono

Avanqard üslubda işləyən rəssam, müğənni, sülh aktivisti və kinoşünas, eyni zamanda Con Lennonun keçmiş həyat yoldaşı olan Yoko Ono qeyri-adi toy libası  ilə diqqətçəkən məşhurlar sırasındadır. 1959-cu ildə Con Lennonla ailə həyatı quran Yoko Oko dizədək ağ uzun corab və forma geyinərək özünü məktəbli qıza bənzədib.

 

Tina Törner

2013-ci ildə dünyanın məşhur müğənnisi Tina Törner 73 yaşında ərə getməsi qərb mediasının müzakirə mövzusu olub.  Müğənni 57 yaşlı sevgilisi Ervin Bahla ötən həftə sonu İsveçrədə təntənəli toy mərasimi təşkil ediblər.  Mərasimin baş tutduğu məkan 70 min qızılgül, bəyaz pərdələr və gül ləçəkləri ilə bəzədilib. Bu cür toy etmək Tina Törnerin keçmiş arzusu olub. Müğənninin gəlinliyi xüsusi diqqət çəkib. Onun əynində “Armani”dən qara rəngli, üzəri zümrüdlə bəzədilmiş gəlinlik olub.

 

Bruklin Bekhem

Əfsanəvi britaniyalı futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemin böyük oğlulları 23 yaşlı Bruklin Bekhemin aktrisa Nikola Anne Peltzlə toyları 2022-ci ilin aprel ayında baş tutsa da , gəlinin makiyaj və libası hələ uzun müddət modapərəstlər üçün müzakirə mövzusu olmağa davam edəcək.

 

Selin Dion

Kanadanın pop ulduzu Selin Dion  nəinki gözəl səsi, həmçinin hər kəsin yaddaşında qalan möhtəşəm toyu ilə tarixə imza atıb. 1994-cü ildə Rene Andjelil ilə ailə həyatı quran Selin Dion toyuna küllü miqdarda pul xərcləmişdi. Məşhur Fransız inqilabından ruhlanaraq toyuna xüsusi  ziyafət geyimində gəlmişdi. Onun başında 4 kiloqram çəkisi olan büllur tac olub.  Qeyd edək ki, 2016-ci ildə yanvarın 14-də  müğənninin 73 yaşlı  həyat yoldaşı R. Angelil   üzun müddət sürən boğaz xərçəngi  xəstəliyi səbəbindən Las Veqasdakı evində vəfat edib.

 

Keti Prays

Britaniyanın populyar teleaparıcısı, model  və prodüsser  olan Keti Prays bir neçə dəfə ailə həyatı qurub. Cəsarətli ulduz 2013-cü ildə  striptizçi Kiran Haylerə ərə gedib.  Özünə dəbdəbəli toy edən Keti  toyuna pəri görkəmində gəlib. Hər kəsin diqqətini çəkən çəhrayı geyim 9 metr uzunluqda olub.

 

Keyli Kuoko

“Böyük partlayış nəzəriyyəsi” serialının “Penni”si Karl Kukla toyunda adi gəlinlikdə olsa da, axşam partisinə kostyum geyinmişdi. Onun bu geyiminə uzaqdan baxdıqda pərdə ilə səhv salmaq olardı.

 

Mari Şevalye

Monako şahzadəsi Stefani Lui Dükre ilə ailə həyatı quran Mari toyuna klassik libas yox, “Rosa Clara”dan çiyinləri və kürəyi açıq olan kombinezon geyinmişdi. Onun etdiyi bu hərəkət trendə çevrilmişdi.

 

Sofi Törner

“Taxt-tac oyunları”nın aktrisası Co Conasla gizli keçən toyuna “Bevza”dan fatalı sadə kombinezon geyinmişdi. 2018-ci ilin  iyul ayında  baş tutan əsas mərasimdə isə o, “Louis Vuitton”un libasında idi.

 

Cuilianna Mur

Yetərincə qəribə libasda ailə həyatı quran Culianna Mur öz toyuna bənövşəyi dar libas geyinmişdi. 2003-cü ilin avqustunda Nyu-Yorkda baş tutan təntənəli toy mərasimində aktrisa  obrazını uzun yaşıl sırğalar ilə tamamlamışdı.

 

Emili Ratakovski

Heç vaxt ağ gəlinlikdə ərə getmək istəmədiyini deyən model toyu üçün “Zara”dan xardal rəngində kostyum seçmişdi.

 

Kristen Bell

ABŞ-nın  aktrisası Kristian Bell qeyri-adi toy obrazı ilə yaddaqalan məşhurlar sırasında məskunlaşıb.  Qara bluz, şalvar və böyük kolye – o 2013-cü ilin oktyabrında Beverli-Hillzdə Deks Şepardla olan toyunda aktrisa qara bluz, şalvar geyinmişdi. Ən əsası bu geyimi tamlayan dərin dekolte idi.

 

Emma Tompson

1989-cu ildə Kennet Brana ərə gedən tanınmış aktrisa Emma Tomson qeyri-adi toy obrazı ilə bir çoxların marağına səbə olmuşdu. Aktrisa toyuna dizəcən olan parlaq libas geyinərək, obrazını qeyri-adi şlapa ilə tamamlamışdı.

3

4

5

7

2

1

6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir