METBEX

Mətbəxtinizdəki gözəllik vasitələri

Baxış sayı: 2. 309

Fendən zədələnən saçlar

Saçlarınız fenlə şəkilləndirdiyiniz və qurutduğunuz zaman sərtləşir; zədələnir. Günəşdən, küləkdən, boyalardan və bəzi şampunların təsirindən də saçlarımız xoşagəlməz görüntü ala bilir. Canlı, parlaq görüntü, tez uzanması və sağlam saç dərisi üçün Hind qozu yağından istifadə edin. 4 çay qaşığı Hind qozu yağının içinə 4 damcı çay ağacı yağı 4 damcı bibəriyyə yağı tökün və qarışdırın. Baş dərinizi və saçlarınızı bu maskala ovuşdurun. Streçlə başınızı bağlayın. 20 dəqiqə sonra şampunla yuyun. Hind qozu yağı kəpəyin də qarşısını alır. Saçın daha tez uzadır və saçlara parlaqlıq verir.

Sivilcələrə qarşı soda və limon

Üzünüzdə sizi narahat edən sivilcələr üçün limon və sodadan kömək alın. 2 yemək qaşığı sodaya 1 çay qaşığı limon suyu əlavə edin. Xəmir formasına gələnə qədər qarışdırın. Göz ətrafı və ağız istisna olmaqla üz dərinizə sürtün. Maska qaşıntı və qızarıqlara səbəb ola bilər. Üz dərinizin həssaslığından asılı olaraq 10 və ya 20 dəqiqə dərinizdə saxlayın. Sonra ilıq su ilə yuyun. Həftədə iki dəfə bu maskanı edə bilərsiniz. Sivilcələr 4 həftə sonra azalacaq və ya tamamilə yox olacaq.

Üz üçün tonik

Qurudulmuş çobanyastığı və cökə çiçəklərindən üzünüz üçün tonik hazırlaya bilərsiniz: 5 qram cökə çiçəyi, 5 qram çobanyastığl çiçəyinin üzərinə qaynar su tökün və içinə bir neçə dənə quru qərənfil əlavə edin. 8-10 dəqiqə dəmləyin. Dəmləməyə bir çay qaşığı limon suyu əlavə edin.  Tülbentten geçirerek süzün ve bir çay kaşığı limon suyu ekleyin. Təbii toniklə axşamları üzünüzü təmizləyin. Soyuducuda 1 həftə saxlaya bilərsiniz.

Çiyələkli anti-aging

Müalicəvi vanna üçün 3 damcı çiyələk ətirli aromaterapi yağını və 2 çay qaşığı çiyələk ətirli hamam duzunu əlavə edin. ( bəzi hamam duzları təsirlərini artırmaq üçün efir əsaslı yağlarla kombin edilir)

Bu qarışıqlarla vannada dəriniz canlanacaq və yenilənəcək. Dəniz duzunun tərkibindəki təbii minerallar sayəsində dəri özü-özünü yeniləyir. Çiyələk yağı isə yüksək E vitamini, omega yağı, oleik asit və buna bənzər antioksidantlar dərinin yaşlanmasının qarşısını alır, anti-aging təsiri yaradır. Quruluğa, çatlamaya qarşı çox effektivdir. Çiyələk ətirli vannanı həftədə bir dəfə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir