menzil

Mənzil problemi hansı yollarla həll oluna bilər? – EKSPERT YANAŞMASI

Baxış sayı: 664

“Azərbaycanda təklif olunan kredit və ipoteka şərtləri ilə mənzil almaq əhalinin əksəriyyəti üçün əlçatan deyil.”

Bu sözləri əmlak eksperti Elnur Fərzəliyev deyir.

elnur ferzeliyev

Onun sözlərinə görə, ölkədə əhalinin böyük hissəsi 500-600 manat civarında əməkhaqqı alır və onlar bu vəsaitlə mövcud şərtlər çərçivəsində mənzil almaq iqtidarında deyillər: “Hazırda paytaxtda və Azərbaycanın digər iri şəhərlərində mənzillərin qiyməti çox bahadır. Əhalinin böyük hissəsinin aldığı əməkhaqqı sadəcə kirayə haqqını ödəməyə yetir və pul yığıb nağd qiymətə mənzil ala bilmir. Həmçinin, təklif olunan kredit şərtləri də əksəriyyət üçün ağırdır. Bu gün mənzillərin bir qismi daxili kreditlə satılır. Lakin müddət qısa – 3-5 il olduğundan aylıq ödənişin miqdarı yüksək olur. Həmçinin, mənzilin dəyərinin 20-30 faizi də ilkin ödəniş kimi tələb olunur. Digər tərəfdən, yeni tikililərin bəzilərində uzunmüddətli kreditlə satılan mənzillər də var. Burada illik faiz dərəcələri minimum 10 faizdən başlayır. Belə olduğu halda da evin qiyməti ikiqat baha başa gəlir. Əhalinin əksəriyyətinin mənzil probleminin həlli üçün şərtlər sadələşdirilməli, faizlər aşağı salınmalıdır”.

Mənzil problemi hansı yollarla həll oluna bilər? - Ekspert rəyi

Ekspert bildirir ki, hazırda vətəndaşlar üçün ən əlçatanı sosial evlər və kirayə yolla satılan mənzilərdir. Lakin onların da sayı kifayət qədər deyil: “Sosial evlərdə bildiyiniz kimi illik faiz dərəcəsi 4 faizlə hesablanır və sahəsi aşağı olan mənzil götürdükdə pulunu ödəmək rahat olur. Həmçinin, “Dövlət İpoteka və Kredit Zəmanət Fondu”nun nəzdində mənzillərin kirayə yolu ilə satın alınması layihəsi çərçivəsində Bakının 4 yerində, həmçinin Sumqayıtda, Xırdalanda və Masazırda mənzilərin satışı aparılıb. Artıq 2020-ci ildən bu günə 1000-dən çox vətəndaş bu layihədən yaralanıb. Hesab edirəm ki, bu tip sosial layihələrin miqyası genişləndirilsə, daha çox vətəndaşın mənzil problemi həllini tapmış olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir