market

Marketə gedərkən bu qaydalara əməl edin – ÜSULLAR

Baxış sayı: 767

Alış – verişə gedən zaman əvvəlcədən siyahı tutmağınız daha məsləhətlidir. Əgər siz siyahı tutmasanız nəyisə unutduğunuz hissi  narahatlığınıza səbəb olacaq. Alacağınız məhsulun siyahısını tutmazdan öncə bir neçə marketin aksiya və qiymətləri ilə maraqlanın. Marketlərdə  olan təklifləri qiymətləndirdikdən sonra alacağınız məhsulların siyahısını tərtib edin. Siyahı dəqiq olmalıdır. Siz dəqiq nə və nə qədər  almalısınızsa onu yazın. Məhsulları kateqoriyalara əsasən qruplaşdırın. Süd məhsulları, un məmulatları, meyvə və tərəvəz, təmizlik məhsulları və .s. Belə olduqda siz marketdə marşurutunuzu təyin etmiş olacaqsınız.

 

Alış – veriş mərkəzində soldan – sağa doğru gəzin.

Bütün böyük marketlərdə giriş elə yerdə yerləşdirilib ki, müştərilərin hamısı sağdan-sola doğru alış- veriş etsinlər. Bu marketoloqların bir hiyləsidir. Belə ki, müştəri sağdan – sola doğru hərəkət edərkən sağ əli daha çox məhsul götürür. Buna görə də, sağ tərəfdə yerləşən məhsullar daha bahalı olur. Alış –veriş zamanı əks istiqamətdə hərəkət edin. Düzdür, marketdə soldan – sağa doğru hərəkət etmək bir o qədər də, rahat deyil, lakin bu cür olduqda siz daha az məsrəf etmiş olursunuz.  Bundan başqa,  marketə daxil olduğunuz zaman səbəti sağ əlinizdə saxlayın.

 

Həssas olmayın, hissiyat orqanınızı idarə etməyi bacarın.

Qızıl qaydanı yadda saxlayın: heç vaxt acqarına marketə getməyin.  Hissiyyat orqanı marketoloqların aktiv əməkdaşıdır. Buna görə də alış – verişə getməmişdən qabaq nahar etməyi unutmayın. Belə ki, təzə bişmiş un məmulatının qoxusu sizin iştahınızı oyada bilər.

Pulsuz dequstasiya nümunələrinin yanından ötün. Çünki, sizin xoşagələn gənc qızın dadmaq üçün təklif edəcəyi dequstasiya nümunələrindən imtina edə biləcək gücünüz yoxdu. Sonrasında isə siz özünüzü minnətdralıq etmək məcburiyyətində hiss edirsiniz və məhsuldan almaq fikrinə düşürsünüz.

Vitrində olan məhsullar daha parlaq, dolğun və cazibədar görsənir. Bu, gözləri ilə seçən insanlar üçün daha qorxulu üsuldur. Diqqətli olun. Qəşəng – dadlı və lazımlı demək deyil.

Müştəriləri müşayiət edən musiqi. Marketdə eşitdiyiniz gümrah musiqiyə fikir verməyin, özünüzü idarə edin. Bir çox tədqiqatlar təsdiq edib ki, marketdə səsləndirilən musiqilər insanların səbətə daha çox və bahalı məhsul yiğmalarına şüuraltı təsir edir.

Bundan başqa, soyuq rəng tonları, məsələn, mavi və yaşıl rəngdə olan marketlərdə insanlar digər rəng  tonlarında olan market vitrinlərindən fərqli olaraq 15% çox pul xərcləyirlər. Yadınızda saxlayın, bütün bu yuxarıda sadalananlar marketoloqların sirləridir. Özünüidarə və məhsulların siyahısı  alış – veriş zamanı sizin müttəfiqinizdir.

Məhsulu düzgün seçin. Sizin saniyələr öncə almağı planlaşdırmadığınız məhsula əliniz uzanırsa, bu zaman özünüzə sual verin: “ Bu, mənə həqiqətənmi lazımdır?”,  siyahıya nəzər yetirin, məhsulun adı orda var? Heç də təəccüblü deyil, siz yenə də marketoloqların ağıllı tələsinə düşmüsünüz. Beləliklə, çekdə çap olunan əlavə və lazımsız məhsullar bizə lazım deyil – belə alış – verişdən qaçın.

Çox vaxt bahalı məhsullar daha qabarıq, yəni gözəçarpacaq yerdə yerləşdirlir. Daha aşağı rəflərdə isə ucuz mallar yerləşdirilir. Belə olduqda diqqəti aşağı rəflərə yönəltmək lazımdır, orada siz müfaviq qiymətə alternativ məhsullar tapacaqsınız. “Sehrli doqquzlar” – 0.99 qəpik olan qiymətlər alıcıya sərfəli görünür, nəinki 1manat. Belə bir marketinq yanaşması tamamilə sərf etmir.

Kassanın yanında yerləşən rəflərdən məhsul almayın.  Kassa yanında yerləşdirilən məhsulların qiyməti iki dəfə çoxdur. Bu,  hansısa bir məhsulu yaddan çıxarmış müştərinin rahatlığı üçün deyil,  marketoloqların növbəti  sirrlərindən biridir. Belə bir üsul şopinqdən yorulmuş müştərinin tez – bazar buradan nəsə almağına kömək edir. Nəticədə müştəri buradan hər şeyi ikiqat qiymətinə almış olur.

Hər bir supermarket müştəri toplamaq  üçün mübarizə aparır. Məsələn, o,  demək olar ki, hər gün aksiyalar keçirir, bir qrup məhsullara endirimlər edir. Belə olduqda aldığınız məhsuların son istifadə tarixinə nəzər yetirin. Mütləq aksiyada olan məhsulları kassada hesablatdırdıqdan  sonra qiymətə nəzər yetirin. Bəzən elə olur ki, məhsul aksiyada olur, lakin hesablama köhnə qiymət ilə hesablanır.

market

Nəticəyə gələk:  Əgər siz marketoloqların ildən – ilə bütün dünyada istifadə etdiyi  sirləri yadda saxlasanız,  alış- verişə gedən zaman daim büdcənizə qənaət etmiş olacaqsınız.

1)Çox zaman bahalı məhsullar öndə yerləşdirilir. Əgər aşağı rəflərə nəzər yetirsəniz asanlıqa sizə lazım olan məhsulu münasib qiymətə tapacaqınız.

2) Hər zaman yadda saxlayın,  “brend” məhsul  hər zaman keyfiyyət demək deyil.  Həmin məhsulu  başqa şirkətə aid ucuz qiymətə  ala bilərsiniz.

3) Özünüzü idarə edin. Yadınızda saxlayın, marketoloqlar hissiyyat orqanlarını manipulyasiya etməyi yaxşı bilirlər.

4) Qiymət kağızlarına xüsusi diqqət yetirin. Məsələn, bəzi marketlərdə endirim qiyməti rəqəmləri daha gözəl kağızlarda yazılır. Bu, məhsulun tez satılması üçün nəzərdə tutulub. Bundan başqa,  qablaşdırılmış məhsullar çəki ilə alınan zaman daha ucuz qiymətə başa gəlir.

5) “2 1” və ya “ 3 – ü 2 – si qiymətinə” aksiyasına diqqət yetirin. Həqiqətənmi bu sizə sərf edib, etməyəcəyinə diqqət yetirin.

6) Çalışın kassada təklif olunan məhsullardan almayın. Çox vaxt onlar baha və ya istifadə müddəti keçmiş olurlar.

7) Çekinizi kassadan ayrılmadan öncə yoxlayın.

 

 Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir