Zumrud Haqverdiyeva

Münasibətin daha möhkəm olması üçün nələrə ehtiyac var? – “SEANS VAXTI”

Baxış sayı: 431

1) Sevgi

Sevgi bağı olmayan cütlüklərin evlənməsi mümkün deyil. Sevgini ifadə edək: Partnyorunu özün qədər sevəcəksən.  “Səni belə sevirəm” kimi fikirlər yetərli deyil. Unutmaq olmaz ki, sevgi zamanla inkişaf edə bilər. Beləliklə, sevdiyiniz kişi ilə evlənə bilərsiniz.  Bu səbəbdən evlilik qərarı verərkən, şəxsin qüsurları, zəiflikləri  ilə sevdiyinizə əmin olmalısınız.

 

2) Hörmət

Unutmaq olmaz ki, həyat yoldaşınızın şəxsiyyəti, həyat tərzi, keçmişi, özünəməxsus həyat anlayışı var və siz buna hörmətlə yanaşmalısınız. Evlilik o demək deyil ki, tərəflərdən birinin qaydaları ilə yaşayır. Onu dəyişdirməyə çalışmaqdansa, onu olduğu kimi qəbul etmək sizi daha xoşbəxt edir. Təbii ki, cütlüklər  ortaq nöqtədə birləşməyi bacarmalıdırlar. Amma heç kim kiminsə şəxsiyyətini incidəcək, alçaldacaq şəkildə davranmamalıdır.

 

3) Sadiqlik

Əgər sadiqlik yoxdursa, münasibətin evliliyə getməsi mümkün olmur. Evlilik həm də sədaqət andıdır. Siz aldada bildiyiniz insana hörmət etmirsiniz. Sadiq olmaq hər iki tərəfin vəzifə öhdəliyi və insani keyfiyyətlərindən biridir.

 

4) Səbr

Evlilikdə problemləri həll etmək üçün müəyyən qədər addımlar atılır. Bu da səbr tələb edir. Bəlkə də əvvəlcə bəyənmədiyiniz bir davranışdır, kifayət qədər səbr göstərsəniz,  münasibət daha davamlı olacaqdır.

 

 5) Cinsi həyat

Evlilik həyatında cinsi əlaqə mühüm rol oynayır. Bu barədə həyat yoldaşınızla danışmaqdan çəkinməməlisiniz. Problem varsa, onu həll etməyə çalışacaqsınız. Cinsi həyatınızı rəngləndirmək üçün səy göstərməlisiniz . Yoxsa eyni evdə sadəcə dost  kimi yaşamağa başlayırsan. Bu vəziyyəti daha da çətinləşdirəcəkdir.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir