Nermine Abbasova

Nərminə Abbasova: “Xəstəliyin sonsuzluğa səbəb olan fəsadları olduğu üçün həkim mütləqir”

Baxış sayı: 388

Elmi adına epidemik parotit, ya da sadəcə parotit deyilir. El arasında isə “qulaqdibi” kimi tanınan bu xəstəlik virusların törətdiyi bir xəstəlikdir.

Budəfəki mövzunuz adından da göründüyü el svinka xəstəliyi ilə bağlıdır. Oxucularımızı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırıb.

Nərminə Abbasova öncə onu qeyd etdi ki, xəstəlik yoluxucudur. Onun sğzlərinə görə, virus ağız suyu vəzisini zədələyir, iltihablandırır:

“Ona görə parotit adlanır. “Parotideus” ağız suyu vəzinin iltihabı deməkdir. Bu zaman qulaqla çənə arasında olan nahiyədə bərklik yaranır, ağzı açanda ağrılı olur. Getdikcə şişlik yayılır, yumşaq olur, hərarət elə yüksək olmur. Ümumi halsızlıq və intoksikasiya əlamətləri az olur. Mədəaltı vəzi, qızlarda, hətta oğlan uşaqlarında yumurtalıqlar da zədələnə bilir”.

Həkim deyir ki, uşağın umumi vəziyyətinə diqqət edilməlidir:

 

“Dəyişikliklər haqqında həkimə mütləq məlumat vermək lazımdır. Yerli kompres etmək lazım deyil. Virus xəstəliklərində olduğu kimi ümumi müalicə yetərlidir.

Qeyd etməyə gərək var ki, ölkədə qızılca və Hepatit A virusunun yayıldığı bir vaxtda qarışıq infeksiyalar təhlükəsi qaçılmazdır. Bol maye həmişəki kimi öncə lazım olandır. Hərarət yüksək olmadığı üçün dərmana çox müraciət etməyin. Qidada xüsusi pəhriz lazım deyil. Vacib olan sağlam və zəngin qidalanmadr. Ev şəraitində müalicə məsləhət görülür. Ağırlaşma olarsa, yoluxucu xəstəxanaya yerləşdirmək lazım olur”.

Valideynlər əsasən “nə verim ki, o biri uşaqlar yoluxmasın” sualı ilə həkimlərə müraciət edirlər. Nərminə xanım bildirdi ki, belə bir vasitə yoxdur. Yeganə profilaktika peyvənddir. Həkim deyir ki, uşaqlar vaxtlı-vaxtında peyvənd olunmalıdır:

 

“Qeyd etdiyim kimi, “qulaqdibi” xəstəliyi viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Parotit xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Hava-damcı yolu ilə yayılır, güclü intoksikasiyaya səbəb olur, ağız suyu vəzilərinin zədələnməsi, eləcə də digər orqan və sistemlərin zədələnməsi ilə gedən xəstəlikdir”.

Həkim deyir ki, ağırlaşma olaraq pankreatit, oğlanlarda – epididmit, orxit, qızlarda isə ooforit ilə nəticələnir:

“Gələcəkdə sonsuzluqla da nəticələnə bilir. Nadir hallarda isə artrit, tireodit, karlıq da yaradır. Əksər hallarda təkrari yoluxma olmur. Qeyd edim ki, xəstəlik kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. “Qulaqdibi” xəstəliyinin ilk əlamətləri halsızlıq və hərarət, udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı, qulaqətrafı nahiyədə şişlikdir. İnkubasion dövrü 14-21 gündür. Bu virus hava-damcı yolu ilə, tənəffüs yoluyla yoluxur. 30-40 faiz hallarda əlamətsiz keçə bilir. Ona qarşı peyvənd vardır və əhəmiyyətli dərəcədə effektivdir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir