Qerenfil Nezerova

Nitq ləngiməsi haqda bilmədikləriniz – LOQOPED YAZIR

Baxış sayı: 411

Bir çox valideynlərin səbrsizliklə gözlədikləri uşağının tez danışmasıdır. Amma bu iş çox asan deyil. Uşağın ilk sözləri və cümlə qurması sonradan başlasa da, onun nitqi doğumla birgə başlıyır. Onun ağlamağa başlaması və ağlamaqla əlaqə qurması da bir nov nitqdir. Qısa vaxtdan sonra onlar müəyyən səslər, daha sonra sözlər və cümlələr qurmağa başlayır. 2-3 yaşında uşaq artıq danışmalıdır. Əgər danışmırsa, nitq ləngiməsi var deməkdir

usaqda problem

Nitq ləngiməsi nədir?

2 yaşında usaq artıq 1000 söz bilməli və danışmalıdır. Ancaq hər bir uşağın inkişafı fərqlidir. Uşağın danışması yaşından çox geri və ya ləng ola bilər. Bu da uşaqda nitq ləngiməsi sayılır.

usaq

 

Nitq ləngiməsi niyə yaranır?

Nitqin ləngiməsinə bir çox faktorlar təsir ede bilər. Zehni inkişafın zəif olması başlıca səbəblərdəndir. Yarıq damaq, artikulyar aparatda olan problemler, eşitmə problemi, bir çox xəstəliklər və nitqini aktivləşdirəcək çevrənin olmamasıdır.

usaq

Nitq ləngiməsi olduğunu necə bilmək olar?

Valideynlərin etməli olduğu uşaqlarını çox yaxşı izləməkdir. Nitq ləngiməsi olan uşaqlarda daha çox aşağıdakı problemler görünür

* Söz ehtiyatı çox azdır , heç yoxdur və ya var, ancaq anlaşılmır.

*Udma, çeynəmə, ağız suyu kimi problemləri var.

*İstəklərini izah etməkdə prablem yaşayırlar.

* Daha çox jest və mimiklərlə danışırlar.

*Olduqları mühitə adaptasiya olmurlar.

*İstəklərini izah edərkən davranış göstərirlər (vurma, qırma, qışqırma, ağlama)

* Diqqət zeif və dağınıq olur.

* Anlama, qavrama zəif olur.

 

Loqoped Qərənfil Nəzərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir