yuxu

Normal yuxu rejimi necə tənzimlənməlidir?

Baxış sayı: 432

Yuxu hər bir insan orqanizmi üçün ən vacib rejimdir. Bəzən müşahidə aparsaq, yuxu rejimi düzgün olmayan insanların əsəbi, stressli və neqativ enerji ilə yükləndiyinin şahidi olarıq. 

Maraqlıdır bəs, normal yuxu rejimi necə tənzimlənməlidir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın sözlərinə görə, yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir:

“Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır.

Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir