intihar

Onların arzusu ölmək deyil:“Basdırılmış hisslər aydınlaşdırılmalıdır və məsələ həll edilməlidir”

Baxış sayı: 780

Son iki ayda ölkəmizdə intihar hadisələri kəskin şəkildə artıb. İntihar edənlərin əksəriyyəti çoxmərtəbəli binadan özlərini atırlar.

Hər dəfə intihar halları ilə bağlı məlumatları xəbər portallarında və sosial şəbəkələrdə oxuyanda insanı sarsılır, həyat eşqi azalır, həssas adamları depresiyaya sürükləyir. Mütəxəssislər hətta yeni intihara cəhdə hazırlayır da deyirlər. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostları ilə danışmaq adət deyil. İntihar ölüm arzusu ilə deyil, çətin və ya dözülməz hesab edilən bir həyatı tərk etmək üçün dərin bir istəklə başa çatır.

 

İntihara yol açan hallar zamanla özünəqapanma, bədbinlik, həyatdakı travmalar, şəxsi dəyərləndirmənin aşağı enməsi, hədə-qorxuya məruz qalması, qocalıq, qorxmazlıq kimi vəziyyətlərdir. Bunlar intihar siqnallarıdır”,-deyə psixoloq Nuranə Cəfərova bildirir.

Nuranə Cəfərova

Mütəxəssis qeyd edir ki, çox əyləncəli insanın susqun olması və yaxud əksinə olması, depressiv vəziyyətlərin artması kimi hallar intiharın ilkin xəbərçiləridir. Psixoloq bu halda insanlarla ünsiyyəti artırmağa çağırış edir.

“İntihar edənlərin əksəriyyəti gənclərdir. İntihara ən çox bu yaş dövründə meyil edirlər. Gənclik yaş dövrü duyğuların dəyişikənlik dövrü kimi özünü göstərir. Ona görə bu dövrə duyğu dövrü deyirəm. Gənclər elə bilirlər ki onlara hörmət qoyulmur. Bu dövr psixi proseslərin gərgin dövrüdür. İnsanlarda basdırılmış hisslər aydınlaşdırılmırsa, məsələlər həll olunmursa, bu problem hansısa vəziyyətdə özünü açıq göstərəcək.

Bu gün gənclərlə, onların ailələrilə maarifləndirici tədbirlərin keçirilməsi çox vacibdir. Tərbiyəni uşağın inkişafı istiqamətində verilməsi arzuolunandır.

Hər kəsə çağırış edirəm: Həyatda nə olursa, olsun özümüz üçün yaşamağa dəyər”,-deyə psixoloq Nuranə Cəfərova bildirir.

Ayten Elekberova

Psixoloq Aytən Ələkbərova isə bildirir ki, intihar etməklə, məşhurlaşacaqlarını düşünən insanlar da var: “İntihar hadisələri hər birimizə təsir edir. Psixoloq olaraq dərhal psixoanaliz etməyə çalışıram. İntiharlarda əsas səbəb sosial stereotiplərdir. Məsələn, bəzi insanlar baxdığı filmlərdə gördüyü obrazı dərhal özündə yaratmağa çalışırlar. Belə yeniyetmə şəxs özünü avtoritet kimi təqdim edir. Yəni özünü hansısa “qəhrəman”a bənzədirlər.

İntiharlardan sonra ictimai müzakirələrin olması özünü şəxsi həyatda təsdiq edə bilməyənlər “mənim də intiharımdan sonra məndən danışacaqlar” deyə düşünərək intihara gedirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir