oyuncaq

Oyuncaqlar uşaqları necə oynadır? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 841

Uşaqların oynadığı oyuncaqlar onların gələcəkdə necə yetişməsinə təsir edir. Bunu fikirləri psixoloq Ülkər Nadirova deyir. Mütəxəssis deyir ki, uşaq psixologiyası müxtəlif yaş dövrlərində düşüncə tərzinə uyğun olaraq dəyişir. Ən çox 1-3 yaş arası uşaqlarda yeniliklərə maraq fərqli olur. Bu yaş dövründə olan uşaqlara daha çox əlvan oyuncaqlar almaq lazımdır. Çünki bu, birinci növbədə onların psixologiyasına təsir edir.

Ülkər Nadirova xüsüsi olaraq qeyd edir ki, 1-3 yaş arası uşaqlarda cinsindən asılı olmayaraq şüuraltı maraq yaranır. Onlar kuklaları soyundururlar ki, onda olan nə var ki, məndə yoxdur. Yəni bu yaşda uşaqlarda tanıma dövrü gedir.

OYUNCAQ

Uşaqların qorxulu oyuncaqlarla oynaması uşaqlarda mənfi təsir yaradır, hətta bu təsir onların təfəkkürünün pozulmasına gətirib çıxara bilər. Bu, ən çox məktəbəqədər olan uşaqlarda uşaq psixologiyasına pis edir. Onlarda qorxu yaradır.

Ülkər Nadirova həmçinin bildirdi ki, uşaqların qorxulu, davalı cizgi filmlərinə baxmaları kompyuterdə oyunlar oynamaları, onlarda cəmiyyətə qarşı aqressiya yaradır. “Bəs bunun qarşısını necə almaq olar” sualının cavabında psixoloq bildirdi ki, uşaqlara zidd getmək olmaz. “Nə qədər “olmaz” desək, bu, uşaqda bir az da maraq yaradacaq” – Nadirova xəbərdarlıq etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir