zumrud haqverdiyeva

Özünüzü bədbəxt hiss etmənizin səbəbi nədir? – “SEANS VAXTI”

Baxış sayı: 583

Həyatdan həzz almamaq, monoton həyat tərzi və gündəlik problemlərdən sıxılma, özünü narahat  hiss etmə vəziyyətinə bədbəxtlik hissi deyilir.

Bədbəxtlik – narahat, ümidsiz kimi hiss edilən   vəziyyətidir. Bu, insanın həyatdan həzz ala bilmədiyi, monotonluq və gündəlik problemlərdən sıxıldığı zaman baş verir. Problemləri, çətinlikləri başqa insanlarla paylaşmamaq, mübarizə aparmadan  daha çox təslim olmağa meyilli olması bədbəxtliyi tətikləyən amillərdir. Demək olar ki, bütün insanlarda müşahidə olunan bu vəziyyət bəzən gün ərzində maksimum həddə çatır.

Əgər insanlarda bədbəxtlik xroniki hal alırsa, onunla mübarizə aparmaq daha da çətinləşə bilir. Yanaqdakı əmələ gələn kiçik  bir sızanaq  belə bədbəxt olmaq üçün kifayət edə bilər. Ancaq bəzən həyatımızda bədbəxtliyə səbəb olacaq daha böyük hadisələr baş verə bilər.

Sevdiklərimizin xəyanəti, pis gedən evliliyimiz,  işlərin uğursuzluğu, yaxınlarımızın itkisi, böyük maddi itkilər, qohumumuzun və ya özümüzün xəstəliyi müəyyən mənada bədbəxt hiss etməyimizə səbəb ola bilir.

Bədbəxt hiss etməyin birdə psixoloji səbəbləri də var. İnsanlara inamın itirilməsi, keçmişdə yaşanan pis təcrübə insanları psixoloji bədbəxtliyə aparır. Yuxarıda qeyd etdiyimiz kimi insanların zehnində xırda şeyləri böyütməsi, zaman-zaman  bir insanın başına gələcək mənfi hadisələrin, sanki yalnız onun başına gələn kimi mənfilikləri qavraması və böyütməsi, psixoloji narahatlığın göstəricisidir. .Qeyd edildiyi kimi, bu, insanın hadisələrə hansı pəncərədən baxması ilə bağlıdır.

 

Özünüzü  bədbəxt hiss etdikdə nə edə bilərsiniz?

Kağız üzərinə tökün

İnsan ilk növbədə onun bədbəxtliyinin altında yatan digər səbəbləri  ayırd etməlidir. Bunun üçün  hadisələri davamlı olaraq təkrarlamaqdansa, hisslərinizi  kağıza yazın. Səbəbləri və nəticələrini yazın.

Danışın

Sizi tənqid etmədən, sizi sona qədər dinləyə biləcəyi bir insan varsa, onunla həmsöhbət olun. Səsli olaraq ifadə etmək, sizin beyniniz də narahat edən düşüncələrdən qurtaracaqdır.

Gəzin

Gəzmək, problemi aradan qaldırmaz, lakin narahatlıqlarınızı sizdən uzaqlaşmasına kömək olacaqdır.

Sağlam yaşamağa önəm verin

Sağlam qidalanma, düzgün istirahət və keyfiyyətli zaman keçirin.

Sağlam düşünün

Daima özünüzə tənqidi yanaşmaq əvəzinə, baş vermiş hadisələri olduğu kimi qəbul edin. Bundan sonra nələr edə bilərsinizsə, ona diqqət edin.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir