Zumrud Haqverdiyeva

Partnyorunuz xəsislik edirmi? – “SEANS VAXTI”

Baxış sayı: 423

Xəsis insan, kiminləsə nəyisə paylaşanda sanki həyatından böyük əskikliklər peyda olur. Xəsis insan dedikdə, pul baxımdan nəzərdə tutulsa da, mənəvi, sosial kimi növləri də vardır. Xısis insan qarşısında olan şəxsə də sevgi göstərməkdə xəsislik də edirlər. Sevgi göstərdikləri zaman idarəni itirirlər. Belə olan halda istədikləri kimi deyil də, hansısa rolla bunu göstərməyə çalışırlar. Bununla bərabər partnyoruna dəyərsizlik hiss etdirir. Dəyərsizlik hissi qarşı cinslə münasibət də daha qabarıq büruzə verir. Qarşılıqlı şəkildə fədakarlıq istəyən şəxs xəsislik edən partnyorundan bunun qarşılığını istəyir və nəticədə bunu layiqincə görmür.

Bunun üçün nələr edə bilərsiniz?

1) İlk öncə həyatına nəzər edin: uşaqlıqda kasıb ailədə böyüməsi, ona rol-model olan insanın olması.

2) Maddi durumu pis olubsa əgər, ona maddi durumu ilə bağlı motivasiyaedici sözlər ifadə edin. Çünki o insanlar pullarının əlindən çıxmasından qorxurlar.

3) Partnyorunuza gələcəklə bağlı planlarınızı deyin.

4) Uyğun zamanda istəklərinizi ifadə edin.

5) Ehtiyaclarınızı ifadə etdiyiniz zaman, duyğusal ehtiyaclarınızı ilk öncə dilə gətirin.

6) Gücünüzün çatmadığı mövzularda partnyorunuzdan kömək istəyin.

7) Xüsusilə partnyorunuza hörmət edin.

8) İstəkləriniz olduğu zaman seçim şansları olsun.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir