zumrud H

Psixoloji narahatlığı olan uşağın əlamətləri nələrdir? – “SEANS VAXTI”

Baxış sayı: 458

Psixoloji narahatlığı olan uşağın, davranışının nə qədər davam etdiyi, uşağın təlim və sosial həyatını nə qədər təsir etdiyini, digər insanlara təsir edib etmədiyini özünə göstərən əlamətlərə bölünür.

Valideynlər uşağı müşahidə edərək diqqətə alınası məqamlara yönəlməlidirlər;

1) Uşağın 2 həftə vəya daha uzun müddətcə içinə qapanıq olması və ya çox məyus olması

2) Dırnaq yemə, barmağının dərisini qoparması

3) Gecələr vəya bəzən gündüzlər altını islatması

4) Narahatlığının gün ərzində fəaliyyətinə maneə olması

5) Göz təması qurmama və bəzi tiklərin olması

6) Tək yatmaqdan imtina

7) Dərsə adaptasiya olmaqda çətinlik

8) Nitqində problemlərin ortaya çıxması

 

Bu kimi hallarda valideynlər necə davranmalıdır?

1) Hər şeydən öncə əvvəlki vaxtlara nisbətən nələrinsə tərs getdiyini düşünürsünüzə, gözardı etməyin.

2) Uşaqla danışmağa, onu anlamağa çalışın.

3) Uşağı dərslərində olan müvəffəqiyyətsizliyə görə günahlandırmayın.

4) Əlamətlərin nə zaman başladığına diqqət edin.

5) Bu vəziyyətlə bağlı uşağın dayəsi və ya müəllimini məlumatlandırın.

6) Bir psixoloqdan dəstək alın.

 

Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi“nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir