65536d7c6048365536d7c60484169996633265536d7c6048065536d7c60481

Qəribə vərdişləri olan ulduzlar – Uşaq əmizdirən, çəyirtkə yeyən…

Baxış sayı: 305

Dünya şöhrətli pop-müğənni Maykl Ceksonun bir çox qəribəlikləri olub. Onun ən qəribə istəyi isə bəzilərimizin etməkdən bezdiyimiz bir iş idi. O, marketdə rahatca alış-veriş etmək istəyib. Ona görə 2003-cü ildə köməkçiləri bir marketi bir-neçə saatlıq bağlatdırıb, ulduzun  arzusunu yerinə yetiriblər.

Marketə gələn digər müştərilər qismində isə onun öz işçiləri çıxış ediblər. Alış-veriş zamanı uşaq kimi sevinən Ceksonun bu görüntüləri lentə alınıb və tarixdə qalıb. Onun addım atdığı hər yerdə insanlar kütləvi şəkildə toplaşır, hətta qalmaqal yaradırdılar. Ona görə Cekson hamının yaşadığı adi həyata həsrət qalmışdı.

 

Aktyor Jesse Eisenberg daim küçədən sahibsiz pişikləri götürüb evinə gətirir. O, 42 pişiyi olduğunu etiraf edib.

 

Müğənni Şeril Koul hər gün səkkiz stəkan yerkökü suyu içir.

Aktrisa Meqan Foksun əsas həvəsi ayaqqabılarla bağlıdır. Əgər aktrisanın əhvalı pisdirsə və ya sadəcə darıxırsa, gedib bahalı ayaqqabı alır.

Aktyor Ben Afflek bütün qonorarını qumara xərcləyir. O, bir dəfə Las-Veqasda keçirilən poker turnirində 500 min dollar uduzub.

Robert Pattinson şirin içkiləri sevir . O, həftədə 300 qutu pəhriz kola içir.

Musiqiçi Ozzi Osborn yalnız İngiltərədə istehsal olunan qarğıdalı partlaqları olmadan yaşaya bilmir. Hər həftə Amerikaya onun üçün ingiltərədən xüsusi sifarişlə bu ərzaq gətirilir.

Salma Hayek  bildirib ki, uşaq əmizdirməyi sevir. O, hətta tanımadığı adamların uşaqlarını da əmizdirdiyini deyib.

Jessica Simpson nikotinli saqqızı olmadan yaşaya bilmir. Baxmayaraq ki. siqaret çəkməyi sevmir.

Ledi Qaqa səhnədə geyindiyi kostyumlarda yatdığını bildirib. ətdən hazırlanmış kostyumu xatırlayırsınız yəqin. Görəsən, onunla necə yatıb?

Ancelina Coli böcək və çəyirtkə yeməyi sevir. O, bu vərdişi Asiyaya səyahət edərkən əldə edib. Aktrisa hətta uşaqlarının böcək qızartması ilə qəlyanaltı etməyi çox sevdiyini etiraf edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir