qadin

Qadın gözəlliyinin sirləri

Baxış sayı: 275

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik.

 

Avstraliya

Avstraliyalı qadınlarını gözəlliklərinin sirri boymadərən bitkisi ilə bağlıdır. Nəmləndirici və canlandırıcı xüsusiyyəti ilə bu bitki yaşlanmağın  qarşısını alır.

 

Çili

Çilili qadınların parlaq dərilərinin  sirri  isə antioksidant mənbəyi olaraq olan  qırmızı üzüm ilə bağlıdır. Siz də bunun üçün bir ovuc qırmızı üzümü əlinizdə əzib, iki qaşıq unla qarışdıraraq, hazırladığınız maskanı dərinizə tətbiq edib 10 dəqiqə gözlədikdən sonra, üzünüzü yuya bilərsiniz. Bu təbii maska dəridəki yorğunluğu aradan qaldıra bilərsiniz.

 

Fransa

Fransız qadınları təbii makiyajın tərəfdarıdırıar. Gündəlik makiyajda bir azca ənlik və dodaq boyası istifadə edirlər. Xüsusən də açıq qırmızı dodaq boyası onlar üçün əvəzolunmazdır. Dərilərini makiyajdan maksimum dərəcədə qorumağa çalışırlar. Sadəlikləri ilə göz qamaşdıran fransız qadınları gecə makiyajla əsla yatmazlar. Makiyajı təmizləmək onlar üçün ənənəvi işdir.

Fransız qadınları üz dərisində qan dövranını sürətləndirmək üçün termal su işlədirlər. Termal sular dərini nəmləndirmək və təravətləndirmək qabiliyyətinə sahibdir. Bu baxımdan termal sular dəri üçün olduqca effektli vasitədir.

Fransız qadınları hesab edir ki, üzü tez-tez yumaq dərinin yağ və nəm balansını pozur. Buna görə də gün ərzində üzlərini çox az yuyarlar. Axşamlar isə dəri tipinə uyğun tonik və kremlə dəri təmizliyi edirlər.

Bu ölkədə yaşayan qadınların düşüncələrinə görə, baxımlı görünən və par-par parıldayan saç qadının gözəlliyini ön plana çıxaran ən əhəmiyyətli vasitədir. Onlar  saçları üçün kosmetik məhsulları işlətmək yerinə, ən təbii məhsullardan istifadə edirlər və saçlarını fenle yox təbii şəkildə qurudurlar.

qadin

Yaponiya

Yapon qadınlar hər zaman qüsursuz və parıltılı dəriləri ilə seçiliblər. dörd ən önəmli qayda ilə yapon qadınları kimi qüsursuz dəriyə sahib olmaq mümkündür.
Matça çayı Yaponiyada çox yayılan bir içkidir. Bir çox restoranda isti və ya soyuq halda verilir. Bu çay dəridəki səpkiləri qurudur, qızartıları aradan qaldırır. Tərkibi antioksidandan ibarətdir ki, dərinin ehtiyacını təmin edir. Yaşıl çaya bənzəyən bu içki ilə üzünüzə kompres də qoya bilərsiniz.
Yapon qadınları dərilərinin sağlam görünməsi üçün həzm sisteminin sağlığına diqqət edirlər. Ona görə də yapon pəhrizinin böyük hissəsini probiotiklər təşkil edir. Bu, əsasən bitki çayları və tərəvəzlər tərkibində olur. Yapon qadınları, həmçinin dərilərini düyü kəpəyi ilə qidalandırırlar. Antioksidantlar və digər vitaminlərlə zəngin olan düyü yaşlanma riskini azaldır. Ləkəli dərini təmizləyir. Həm də dərini nəmli saxlayır.

 

Dominikan Respublikası

Dominikan Respublikası qadınları çox güclü dırnaqları ilə tanınır. Bu dırnaqların sirri isə sarımsaqda gizlidir. Bir parça təzə sarımsağı rəngsiz dırnaq boyası şüşəsinə atıb, bir həftə və ya 10 günə qədər saxlayın. Daha sonra boyanı dırnağınıza sürtün. Qorxmayın, sarımsağın qoxusundan əsər-əlamət qalmır.

 

Çin

Bu ölkədə gözəlliyin bir neçə kriteriaları var. Yəni, qadının gözəl gözləri, dik burnu, kiçik ağzı və əlbəttə ki, ağ dərisi olmalıdır. Odur ki, çinli qadınlar ağ dəriyə sahib olmaq üçün bir çox “hiylələrə” əl atırlar. Ən əsası, günəşdən gizlənmək üçün çətirdən, şlyapadan, uzun günlüklərdən istifadə edirlər. Hal-hazırda demək olar ki, bütün dünyada dəbə düşən  günəşdən qaralmış bürünc dəri Çində keçərli deyil.

Burada yaşayan  qadınlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Amma, eyni zamanda, yeməkdən də qalmırlar. Çində yemək həvəskarı olmaq Avropadakı kimi ayıb sayılmır. Çində dolu bədənli olmaq əslində, xoş görünüş sayılır. Amma bədən ölçülərini normada saxlamaq üçün idmanla məşğul olan qadınlara tez-tez rast gəlmək olar.

Çin qadınları bədənlərinin yuxarı hissəsini qapalı saxlayırlar. Bu ölkədə nə qədər mini ətək geyinilsə və ya paltara dərin yarıqlar qoyulsa ayıb sayılmaz, amma açıq sinə qəbuledilməzdir. Hər çinli qadının qarderobunda “tsipao” adlanan qapalı, eyni zamanda, bədənə kip yapışan milli geyim mövcuddur.

hind

Hindistan

Hind qızları uzun və ipək saçları ilə dünyada məşhurdurlar. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edirlər. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur. Onlar, həmçinin bu yağlardan hazırlanan qarışımlarla saça müxtəlif maskalar edirlər. Saç rənglənməsində isə kimyəvi deyil, təbii boyalara üstünlük verilir. Xına, çuğundur, çay yarpağı ilə hazırlanan boyalar geniş istifadə olunur.

Gözəl gözlərə sahib olan hind xanımlarının əsasən istifadə etdikləri sürmə və kajal karandaşlardır. Onlar makiyaj etməsə belə mütləq gözlərinə sürmə çəkirlər.

rus qizlar

Rusiya

Soyuq ölkə olan Rusiyada qadınlar dərilərini nizamlı şəkildə nəmləndirmək məcburiyyətində qalırlar. Bu səbəbdən rus qadınları dərilərinə xüsusi qulluq edirlər. Nə qədər qəribə səslənsə də, rus qadınları gözəllikləri üçün sarımsağa və gül yağına borcludurlar. Onların gözəllik maskalarının bir çoxunda bu iki məhsul iştirak edir.

Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə nizamlı olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqların meydana gəlməsinə mane olur.

 

İtaliya

İtalyan qadınlarının hər kəsi qısqandıran gözəl saçlarının sirri qatıq və zeytun yağını qarışdıraraq saçlarını nəmləndirməkdir.  Siz də zülal ilə zəngin bu maskadan yararlanmaq  istəyirsinizsə onda bir fincan qatıq və bir qaşıq zeytun yağı qarışığını yuyulmuş saça tətbiq edib, beş dəqiqə saxladıqdan sonra, soyuq suyla yaxalaya bilərsiniz.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir