Qadınların sevmədiyi kişi davranışları

Baxış sayı: 1. 973

Ağız qoxusu

ağız qoxusu

Bunu aradan qaldırmaq üçün bir çox üsul vardır. Ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da kanal müalicəsi istəyən çürük bir dişdən irəli gələ bilər. Ağız qoxusu probleminiz varsa əvvəlcə həkimə müraciət edin. Yediklərinizə diqqət edin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi qoxu yayıcı yeməklərdən uzaq olun. Ağız spreyi ya da nanəli saqqız da köməyinizə gələ bilər.

Ağ şalvar

qadinlari diksindirn kisi davranislari.jpg12

Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməyin. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yazda  geyilən ağ kətan şalvarlar, 80-ci illərin “Miami Vice” vaxtlarında qaldı. Ağ şalvar geyən kişilər   qadınların diqqətində deyil.

Burun tükü

qadinlari diksindirn kisi davranislari.jpg1

Nəfəs alarkən tozun daxilə keçməsinə maneə törədən bu faydalı tüklər, təəssüf ki, burundan görünəcək həddə çatdığında  qadınları iyrəndirməyə  başlayır. Amma bu çarəsiz bir problem deyil. Texnologiya inkişaf etdi, sırf bu iş üçün hazırlanmış maşınlar vardır.

Uzun bığ

qadinlari diksindirn kisi davranislari.jpg21

Üzün formasına görə kəsilmiş bığlar ya da saqqallar əlbəttə görünüşünüzü  dəyişdirəcək, amma bunların uzunluğuna diqqət etməlisiniz. Bir qadının qarşısında həddən artıq uzanmış biğ və saqqalla yemək yeyərsinizsə,o qadın o süfrədən qalxar.

Qarın

qadinlari diksindirn kisi davranislari.jpgd

Həddindən artıq əzələli bədənli kişilər bəyənmədiyi kimi, həddindən artıq qarınlı  kişilər də bəyənilmir. Görünüşünüzə xöş olmayan təəsürat aşılayan yağlı qarın qatını qadınları diksindirənlər sırasındadır.

Yaxası açıq köynəklər

qadinlari diksindirn kisi davranislari.jpgsd

Köynək düymələrinin göbəyinə qədər açıq buraxılması ya da sinə tüklərini açıqda buraxacaq şəkildə köynək geyinmək.

Jele vurulmuş  saçlar

qadinlari diksindirn kisi davranislari.jpgsdf

Başına bir qutu jele çəkən və saçları işıqda  parlayan kişilər, bütün qadınları diksindirir. Saçlarınız hər zaman təmiz olsun, duş qəbul etdikdən sonra  fenlə şəkilləndirməyiniz kafidir.

Həddindən artıq əzələli bədən

qadinlari diksindirn kisi davranislari.jpgdws

Həddindən artıq əzələli bədənli kişilərə həsəd aparmayın! Çünki qadınlar bu tip bədənli kişilərdən heç xoşlanmazlar.Kişidə normada əzələli gözəl bədən hər bir qadının idealı olsa da, bunu həddən artıq etdikdə xoşagəlməz bir vəziyyət yaranır.

Qızıl zinət əşyaları

qadinlari diksindirn kisi davranislari.jpgdyyyy

Maddi imkanınız var və qızılı sevirsiniz, amma qadınların belə kişilər haqqındakı ortaq fikiri belədir: “Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır.” Barmaq qalınlığında qızıl bir boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır.

Uzun çirkli saçlar

qadinlari diksindirn kisi davranislari.jpg7

Uzun çirkli saçlarla gəzənlər qadınların sevmədiyi kişi tiplərindəndir.

Sarı dişlər.qadinlari diksindirn kisi davranislari.jpgaaas

 

Satışda istənilən növ diş pastası varkən hələ sarı dişlərlə gülməyin. Unutmayın ki, siz necə qadının gülüşünə diqqət edirsinizsə, o da sizin gülüşünüz diqqət edir. Əvvəlcə siqaret çəkirsinizsə dişlərinizin ağ olması üçün tərk edin. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastalarıyla fırçalayın.

Tər qoxusu.

qadinlari diksindirn kisi davranislari.jpgffff

Qadınlar təmiz kişiləri sevər. Tər qoxusu isə böyük bir təhlükədir. Əvvəlcə həddindən artıq tərləyirsinizsə hormonlarınızla əlaqədar bir problem ola bilər. Əvvəl bir həkimə gedin. Əgər bir narahatlığınız yoxsa ilk şərt hər gün duş almalı və dezodorant istifadə etməlisiniz. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz. İslananda rəngi dəyişməyən, yəni tərlədiyinizdə sizi ələ verməyəcək köynəklərə üstünlük verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir