qida

Qan şəkərini aşağı saxlamaq üçün nə yemək lazımdır?

Baxış sayı: 508

Tərəvəzin faydaları haqqında hər kəs bilir. Ancaq eyni zamanda, hər kəs onları kifayət qədər miqdarda yeməyinə daxil etmir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu cür məhsullar hər bir insanın gündəlik menyusunda olmalıdır.

Məsələ ondadır ki, tərəvəzlərdə qanda şəkər və xolesterinin səviyyəsini tənzimləyən lif var.

Bundan əlavə, meyvə və tərəvəzlər sayəsində iştahı idarə edə, çəkini normallaşdıra və orqanizmdən zərərli maddələri çıxara bilərsiniz.

Həkimlər qeyd edirlər ki, hər gün çoxlarının sevdiyi xiyar və pomidordan ibarət yay salatı yeyilsə belə, lif çatışmazlığı yarana bilər. İş ondadır ki, xiyarda çox az lif var.
Bu maddənin çoxu noxudda, qulançarda, Brüssel kələmində, brokolidə, yerkökündədir.

“25-30 qram saf lif toplamaq üçün gündə təxminən 400 qram tərəvəz və meyvə yemək lazımdır”, – məlumatda vurğulanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir