diplom

Qanunsuz təhsil böhranı: Pul verəndə alırlar, axırda da diplomu tanımırlar

Baxış sayı: 478

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan bir çox müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Xaricdə təhsil şirkətləri bu universitetlərə tələbə qəbulu elan edirsə, diplomların tanınmaması kimin məsuliyyətindədir?

Abituriyent universitetə daxil olur, illik təhsil haqqı ödəyir, imtahanlarda iştirak edib diplom alır. Sonda isə diplomunun tanınmamasına qərar verilir.

Qoşqar Məhərrəmov

Təhsil məsələləri ürə ekspert Qoşqar Məhərrəmov bildirir ki, bu akkreditasiya ilə bağlı bir məsələdir. Əgər bir universitet öz ölkəsinin nazirliyi və akkreditasiya qurumu tərəfindən akkreditasiyadan keçibsə, deməli, həmin universitetin diplomu tanınır. Əgər həmin universitet akkreditasiyadan keçməyibsə, deməli, həmin universitetin diplomu ölkəmizdə təsdiq olunmur. O ki, qaldı bu gün diplomu tanınmayan universitetlərin diplomunun 10 il əvvəl tanınmasına, bu bir qədər qarşıq məsələdir.

Azərbaycanın özündə də bəzi universitetlər olub ki, indi yoxdur:

“Məsələn ABU və Təfəkkür Universiteti indi yoxdur. Abituriyentlər elə bir dövrlə qarşılaşa bilərlər ki, tələbə qəbulu reallaşa bilər, amma tələbə qəbulu reallaşndan sonra universitet akkreditasiyadan keçmədiyi üçün onların məzunlarını məzun edə bilməzlər. Həmin univeristetlərin tələbələri başqa univeristetlərə imtahansız keçməlidir. Ona görə də valideynlər də, abituriyentlər də, xaricdə təhsil şirkətləri də çox ayıq-sayıq olmalıdır. Əks halda abituriyentlər aldana bilər”.

Diplomu Azərbaycanda təsdiqlənməyən univeristetlərin müəyyən məbləğ qarşılığında təsdiqlənməsi məsələsinə gəldikdə isə, Qoşqar Məhərrəmov qeyd edib ki, nastrifikasiya əvvəllər ola bilərdi:

“İndi inanmıram ki, diplomu tanınmayan universitetlərin diplomu nastrifikasiya yolu ilə tanınsın”.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir