Qara çörək təhlükəlidir?

Baxış sayı: 1. 856

Dəfələrlə qara çörəyin ağ çörəkdən xeyirli olduğunu eşitmişik. Lakin indi ekspertlər bu fikri təkzib edir. Onların bildirdiyinə görə, qara çörək sağlamlıq üçün ciddi təhlükə ola bilər.

Qeyd edək ki, qara çörəyin qida kimi qəbulunda əsas məqsəd onun tərkibində B1 vitamininin çox olmasıdır. Xüsusilə, şəkərli diabet xəstələrinin B1 vitamininə tələbatı böyük olduğundan həkimlər onlara qara çörək yeməyi məsləhət görür. İkinci, üçüncü və dördüncü növ unun tərkibində B1 vitamini çox zəngin olur. Şəkərli diabet xəstələri gün ərzində adi insanlardan fərqli olaraq çoxlu B1 vitamini itirdiyinə görə, həmin vitamini pəhriz çörəyi vasitəsilə bərpa edirlər.

Təəssüf ki, hətta ən bahalı marketlərdə belə satılan və yüksək keyfiyyətli hesab olunan pəhriz çörəyinin tərkibi normalara uyğun deyil.

Ekspertlərin fikrincə, pəhriz üçün olan qara çörəyin tərkibinə sağlamlığa zərərli qatqılar vurulur. Qatqılar vurulan qara çörək yapışqan olur və turş dadır. Bu çörəklərin tərkibinə kimyəvi maddələr vurulduğundan onlar qısa vaxtda xarab olur




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir