qarabasaq dolmasi

Qarabaşaqlı bibər dolması necə hazırlanır?

Baxış sayı: 18

Tərkibi:

4 bibər

1 yerkökü

0,5 st. qarabaşaq

150 q adıgey pendiri

0,5 ç.q. qara istiot

0,5 ç.q. sarıkök

0,5 ç.q. zirə

1 ç.q. duz

3 x.q. ərinmiş yağ

0,5 st. xama

1 x.q. xardal

cəfəri

şüyüd

 

Hazırlanması:

Qarabaşağı yuyun. Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Pendiri əlinizlə xırdalayın.

Tavada 2 x.q. yağı qızdırın, zirə tökün. Onun dənələrinin şişib azca qaralmasını gözləyin.

İstiot və sarıkök əlavə edin. 5 saniyə sonra sürtgəcdən keçirilmiş yerkökü əlavə edin, qarışdırın.

6 dəqiqə sonra pendiri əlavə edin. Bir neçə dəqiqədən sonra qarabaşağı əlavə edin. Duz vurub qarışdırın, sonra 1:2-yə nisbətdə su əlavə edin. Tavanın qapağını örtüb vam odda bişirin.

Bibərləri yuyun, papaqlarını kəsin, toxumunu təmizləyin. Bibərlərin üzərinə qaynar su tökün (bu, onları yumşaldır və acısı varsa, aparır).

Bişən qarabaşağa yağın qalanını əlavə edin. Bibərlərin içinə doldurun. İçi yağlanmış siniyə düzüb sobada 10 dəqiqə bişirin.

Blenderdə xama, xardal və göyərtini qarışdırın.

Bibərləri sobadan çıxarıb sousu üzərinə gəzdirin. Sonra sobada daha 5-7 dəqiqə bişirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir