soyuducu

Qida məhsullarını soyuducuda belə saxlayın

Baxış sayı: 284

Qida xərclərini azaltmaq və yemək israfının qarşısını almaq üçün məhsulları soyuducuda düzgün formada mühafizə etmək lazımdır. Bu zaman uzun müddət daha təravətli və sağlam şəkildə ərzaqları istehlak edə bilərsiniz.

Beləliklə, qida məhsullarını soyuducuda saxlamağa imkan verən 5 üsul təqdim edirik.

 

1) Süd məhsullarını tərs çevirib saxlayın

Qatıq, kəsmik və ya xama qabını tərsinə çevirərək soyuducuya qoyun. Bu üsul qida məhsullarının xarab olmasına səbəb olan bakteriyaların çoxalmasının qarşısını alan vakuum effekti yaradır.

 

2) Bananın saplaq hissəsini streçlə sarın

Bananı aldıqdan sonra bir-bir ayırıb streçləyin. Bu üsul meyvənin daha çox yetişməsinin qarşısını alaraq təravətini tərkibində saxlayır.

 

3) Pendiri nəmli tutun

Pendirin ömrünü uzatmaq üçün yaxşı nəm balansını qorumaq lazımdır. Pendiri birbaşa plastik qabda saxlamaq pendirin nəfəs almasını əngəlləyir. Buna görə ən yaxşı üsul pendiri yağlı kağıza büküb soyuducuda saxlamaqdır.

 

4) Kartofu alma ilə birgə saxlayın

Erkən cücərmənin qarşısını almaq üçün, kartofu alma ilə birlikdə saxlayın. Çünki alma kartofun təzə qalmasına kömək edən və cücərməsinin qarşısını alan kimyəvi maddə ifraz edir. Eyni zamanda kartofun erkən cücərmənin qarşısını almaq üçün kartofu qaranlıq və sərin yerdə soğandan uzaq saxlayın. Kartofu soğana yaxın saxlamaq erkən cücərməyə səbəb olur.

 

5) Göyərtiləri kağız dəsmallara bükün

Yaşıllıqlarınızı qorumağın və ömrünü uzatmağın ən yaxşı yolu, tamamilə quru bir kağız dəsmala büküb böyük bir qabda saxlamaqdır. Kağız dəsmallar göyərtiləri sağlam nəmlik səviyyəsində saxlamağa kömək edir, eyni zamanda təzə və səliqəli saxlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir