bas agrisi

Qışda başınız tez-tez ağrıyırsa…

Baxış sayı: 394

Əgər insanda qışda baş ağrısı, başgicəllənmə kimi əlamətlər varsa, o zaman onun su içmə rejiminə diqqət yetirməsi vacibdir. Bu barədə rusiyalı həkim Sergey Aqapkin “Rossiya 1” kanalının “Ən vacibi haqqında” verilişində danışıb.

Soyuq mövsümlərdə insanların ən çox rastlaşdığı problemlərdən biri də baş ağrılarıdır. Qışda baş ağrısının səbəbi beyin damarlarının spazmı ola bilər, buna görə də papaq taxmaq mütləqdir.

“Qışda baş ağrıları daha çox susuzluqla əlaqələndirilir. Fakt budur ki, qışda istilik sistemi işə salındıqda mənzillərimizdə hava çox quru olur və çox vaxt havanın rütubəti hətta 20%-yə çatmaya bilər. Yaşayış üçün norma isə 40-50 faizdir”, – deyə həkim bildirib.

Bir insana hər kiloqram bədən çəkisi üçün ən azı 35 ml su  içmək tövsiyə olunur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir