tost

Qovurmalı Tostu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 718

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası bu dəfə sizə qovurmalı tostun hazırlanma qaydasından bəhs edəcək.

 

İnqrediyentlər

Dörd dilim tost çörəyi

½ ç.q. yağ

Dörd dilim holland pendiri

100 qram qovurma

Dörd ədəd xırda xiyar turşusu

½ ç.q. duz

¼ ç.q. istiot

 

Hazırlanma mərhələsi

Qovrulmuş ət xırda-xırda doğranılır. Xiyar turşuları uzunsov formada dilimlənir. Holland pendiri dilimləri ortadan iki yerə ayrılır. Tost çörəklərinin arasına nazik qat yağ çəkilir. İki dilim tost çörəyinin üzərinə qovurma dilimləri bərabər şəkildə paylaşdırılır. Üzərlərinə duz, istiot səpilir. Xiyar turşusu da düzülür. Üzərləri holland pendiri dilimləri ilə bağlanılır. Hazır vəziyyətdəki tost çörəklərinin üzəri bağlanılır, supersun yağı çəkilir, tost maşınına qoyulur. Pendir əriyəndə qovurmalı tost hazırdır demək.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir