toy

Ramazanda toy etmək olarmı? – DİNŞÜNASLARIN RƏYİ

Baxış sayı: 931

Aprelin 2-dən etibarən müqəddəs Ramazan ayını yaşayırıq.  Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir.

Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.

Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur – Ramazanda toy etmək olarmı?

Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimləri keçirilə bilər, sadəcə, bəzi məqamlara diqqət etmək lazımdır. Bu il Ramazan ayı yaz fəslinə təsadüf edir və iftar təxminən saat 19:22-dən sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır.

 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Mövzu ilə bağlı dini ekspert Kənan Rövşənoğlunun mövqeyini aldıq. O deyir ki, Ramazan ayında mövcud olan qadağalar – yemək, içmək və sair – yalnız gün ərzində, yəni sübh azanından axşam azanına qədər olan dövrə aiddir: “Ondan sonra toy etmək və süfrə açmaqla bağlı hər hansı qadağa yoxdur. Yəni dinin buyurduğu qaydalara əməl etdikdən sonra heç bir məhdudiyyət qoyulmur”.

İslama həqarət edən deputata reaksiya gəldi - iki rəy

İlahiyyatçı Emil Rahiloğlu isə məsələylə bağlı aşağıdakıları qeyd etdi: “Hazırda tanıdığımız toy formatları ki var, orada spirtli içki içilir, çalğı çalınır, bub İslam dininin qanunlarına uyğun deyil. Belə bir toy heç bir zaman olmaz, nəinki Ramazan ayında, ümumiyyətlə, qadağandır. O ki qaldı içkisiz və çalğısız toya, bu cür toyu hər zaman etmək olar.

Ramazan ayında belə bir toy keçirib, qonaqları iftar süfrəsinə dəvət etmək olar. Şəxsən  mən övladımı evləndirmək istəsəm, toyunu Ramazan ayına salmağa  çalışaram ki, axşam iftar verim, süfrə daha bərəkətli, dualı olsun”.

toy

Bəs bu ayda toy edənlər varmı?

Məsələ ilə bağlı bir neçə şadlıq sarayından mövqe öyrənməyə çalışdıq.

“Xəmsə” şadlıq sarayının sahibi, iş adamı Mürvət Həsənli bizə açıqlamasında bildirdi:

“Ümumiyyətlə, adətən orucluq ayında toy olmur, olsa da 1-2 sifariş olur. Məsələn, Ramazanın ikinci günündə toy məclisimiz olmuşdu. Ancaq qeyd etdiyimi kimi, bu cür sifarişlər çox az rast gəlinir.

Bizdə həm də restoran tipli olduğu üçün Ramazan süfrələrimiz olur”.

“Ramazan süfərlərinin qiyməti ilə bağlı dəyişiklik varmı?” saulımıza iş adamı bu cür cavab verdi:

“Hazırda iaşə obyektləri arasında çox güclü rəqabət var, bu səbəbdən iftar süfrələrində bahalaşma yoxdur. Əksinə, bir qədər ucuzlaşma var”.

“Versal Palace” şadlıq sarayının Sadiq adlı əməkdaşı deyir ki, aprel ayı üçün heç bir toy sifarişi alınmayıb:

“Aprel ayı üçün heç bir toy sifarişi almamışıq. Bildiyiniz kimi, şadlıq saraylarında toy adətən saat 6-da başlayır. Bu il iftar vaxtı təxminən axşam 8 radələrinə düşdüyündən toy etmək mümkün deyil.

“Versal Palace” şadlıq sarayı olduğu üçün restoranlar kimi iftar süfrələri təqdim etmir. Buna görə də aprel ayında işimiz demək olar ki, yoxdur”.

Qeyd edək ki, Ramazan ayı başlamazdan əvvəl artıq restoranlar Ramazan menyularını hazırlayıblar. Bəzi restoranlarda imsak da təklif olunur. Qiymətlər isə restorana və təamlara görə dəyişir. Apardığımız kiçik araşdırmadan belə məlum olur ki, təklif olunan standart paketlər 10-80 manat arasında dəyişir.

Məsələn, “Buta Art Club” restoranında 1 nəfərlik iftar süfrəsinin qiyməti 10 manatdan başlayır. Menyuda müxtəlif salatlar, şorbalar, isti yeməklər təklif olunur.

“The Mood Bistro&Grill” restoranında isə imsak menyusu 15 manatdır. İftar menyusunun qiyməti isə 25-30 manat arasında dəyişir.

Məşhur “Günaydın” restoranı isə bir nəfərlik iftar menyusunu 80 manata təklif edir.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir