Nermine Abbasova

Şəkər istehlakını azaldın – HƏKİMDƏN XƏBƏRDARLIQ!

Baxış sayı: 505

Həddindən artıq şəkər istehlakı qan damarlarına zərər verməklə yanaşı, sinir uclarının ölümünə, onkoloji xəstəliyə, diabetə və piylənməyə səbəb ola bilər.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova təbii şəkərin meyvə, giləmeyvə və tərəvəzlərdə olduğunu xatırladaraq, belə qidalardan istifadə etməyi tövsiyə edir. Burada söhbət rafinə edilmiş şəkərdən gedir: “Buraya bişmiş məmulatlarda – tortlarda, keklərdə, konfetlərdə, kompotlarda, çay və qəhvəyə əlavə etdiyimiz şəkərlər daxildir.”

Həkim qeyd edir ki, meyvələrdə olan şəkər təbii formada deyil, şirə şəklində istehlak edildikdə zərərli ola bilər.

Şəkərli və ya şəkər əvəzediciləri olan içkilər içmək ürəkdə atrial fibrilasiya riskini artıra bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir