TELEFONLA SEKIL

Səyahət etməzdən öncə yüklənilməli mobil tətbiqlər

Baxış sayı: 1. 089

Dünyanı ağuşna alan koronavirus pandemiyası insanların səyahət imkanlarını məhdudlaşdırsa da, istənilən halda yay səyahət və istirahət fəslidir! Səyahət çantanıza sizə lazım olan əşyalarınızı topladığınız kimi səfər zamanı lazım olacaq mobil tətbiqləri də telefonunuza yükləməlisiniz.

 

Booking.com 

Ən məşhur səyahət saytının mobil tətbiqi! Hətta xarici passportu möhürsüz olanlar belə Booking.com-u tanıyır. Burada dünyanın müxtəlif ölkələrində olan otellerin, hostellərin və qonaq evlərinin siyahısı cəmlənib. Burada siz gedəcəyiniz şəhərdə qalacağınız məkanı bron edə bilərsiniz.

 

Airbnb

Yuxarıda qeyd etdiyimiz mobil tətbiqdə olduğu kimi, Airbnb vasitəsilə də səyahət etdiyiniz ölkədə evlərə baxa və onları icarəyə götürə bilərsiniz.

 

TripIt

TripIt qarşıdakı səfər yolunuzu təşkil etməyə kömək edir. Otel, restoran, uçuş və avtomobil icarəsi təsdiqini mailinizə göndərir və avtomatik olaraq bütün məlumatları birbaşa proqrama yükləyir. Pro versiyasında isə şirkət sizin uçuşlarınızın ləğv edildiyi zaman alternativ marşrutlar tapacaq, həmçinin aviaşirkətlərdən uçuş gecikmələri, ləğvlər və daha çox avtomatik bildirişləri göndərir. Proqramın bir çox funksiyaları internetsiz də işləyir.

 

Skyscanner

Skyscanner ucuz uçuşlar tapmaq üçün əlverişlidir. Mobil proqram 1200-dən çox mənbədən milyonlarla uçuş axtarışını həyata keçirir və daha sonra ən yaxşı variantları təklif edir. Təyinat üzrə uçmaq üçün ucuz günlərə və ya aylara baxmağa imkan verir və qiymət dəyişikliyinə dair bildiriş göndərir.

 

TripAdvisor

TripAdvisor otel rezervasiyasını, restoranda axşam yeməyini və hətta muzey gəzintilərini də asanlaşdırır. Proqram 28 dildə istifadə oluna bilir. Səyahətlər haqqında məqalələr oxuya, gəzəyənlərin çəkdiyi şəkillərə və videolara baxa, həmçinin dostlarınızı izləyə bilərsiniz.

 

Couchsurfing

Digər tətbiqlərdən fərqli olaraq bu sayt sizə ödənişli otellər, hostellər deyil, sizi öz evində qonaq edə biləcək, şəhəri gəzdirəcək insanlar tapmaqda kömək edir. Avropada çox istifadə olunan bu proqram ölkəmizdə az istifadə olunur, bir çox insanlar isə tətbiqin əsas məqsədini unudurlar. Odur ki, səyahətiniz Avropayadırsa, sizi evində təmənnasız qonaq edə bilən insanlar tapa bilərsiniz.

 

OpenRice

Şərqdə məşhur olan bu proqramdan istifadə edərək şərq ölkələrindəki restoranların, kafelərin reytinqlərinə baxa və sizə uyğun olanını rezerv edə bilərsiniz. Menyulara nəzər yetirmək də mümkündür.

 

HotelTonight

HotelTonight sizə boş otel otaqlarında son dəqiqə olan endirimləri təqdim edir. İstifadə etmək olduqca asandır və bir otaq almaq çox vaxt almır. Siz şəhər və ya xəritədə axtarış edə bilərsiniz. Bununla yanaşı, digər səyahətçilərin şərhlərinə və fotoşəkillərə baxmaq imkanınız da var. Həmçinin müştəriyə xidmət 24/7 aktivdir.

 

Hostelworld

Proqram bütün hostellərin axtarışını həyata keçirir. Mobil tətbiqdəki interaktiv xəritə yaxınlığınızdakı hostellərin ünvanını dəqiqliklə göstərir, burada siz həm də hostellər haqqında başqalarının şərhlərini oxuya bilərsiniz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir