qab

Səyahətsevərlər üçün 5 məsləhət

Baxış sayı: 694

Səyahət zamanı etməli olduqlarınızın siyahısını hazırlamısınız? Məsələn, Lənkərana gedib limonsuz qayıtmaq olmaz. Bu yazılmamış bir qanundur, amma biz bu gün öz ölkəmizdən deyil, digər ölkələrdən danışacağıq. Bəlkə bu siyahının bir hissəsini bizimlə birgə qərarlaşdırasınız? Elə isə başladıq!

 

1. Cəhənnəmə baxın və qayıdın…

Yaponiyada Nokogiri-yama dağı

Yaponiyada Nokogiri-yama dağına qalxmısınızsa, “Cəhənnəmin mənzərəsi”nə baxmamış geri qayıtmayın. Dağın ən mükəmməl mənzərəsi məhz buradır. Təhlükəsiz bir nöqtə olsa da, ora qalxıb aşağıya baxmaq risk tələb edir. Çünki bu mənzərə başınızı gicəlləndirə, ürək döyüntülərinizi sürətləndirə bilər. Bu inanılmaz mənzərə, Tokio Körfəzini, Boso yarımadasını və Fuciyama dağını əhatə edir. Ən ucda dayanmağa risk etmirsinizsə, burada olan restoranlarda oturub mənzərədən zövq alın…

 

2. Camaşırxanada yemək yeyin

Kaliforniyadakı “Fransız Camaşırxanası”

Kaliforniyadakı “Fransız Camaşırxanası”

 Kaliforniyadakı “Fransız Camaşırxanası” adının əksinə olaraq fransızlardan deyil, çağdaş Amerika mətbəxindən dadlar təqdim edir. Restoranın aşpazları Korey Li və Klyer Klark təzə bağ otlarını dünyanın müxtəlif ölkələrindən gələn dəbdəbəli məhsullarla birləşdirməyi sevirlər. Lakin bu birləşmələrin nəticələri bir az bahalı ola bilər… Amma ən önəmlisi rezervasiya etməkdir, bu həm də işin ən çətin tərəfidir. Hətta bəzən iki ay əvvəlcədən rezervasiya etməyiniz də lazım gələ bilər. Bəs buranın adı niyə camaşırxanadır? Çünki  bura restoran olmamışdan öncə camaşırxana olub… Təxmin etmək çətin deyil, hə?

 

3. Xına döyməsi

Xına döyməsi

Hindistanda xınadan döymə etdirin. Bu, Pakistan və Hindistan mədəniyyətlərindən dünyaya yayılan bir bəzək formasıdır. Xına Hindistanda yetişdirilən bitkidən hazırlanır, bizdə buna xına kolu deyilir. Vaxtilə müxtəlif xəstəliklərdən qorunmaq üçün istifadə olunan hind xınası, indi bədəni bəzəmək üçün istifadə olunur.

 

4. Suyun üzərində uçun

flyboarding jetpack

Özünüzü dənizlərin hökmdarı kimi hiss etmək istəyirsinizsə, Meksikanın Kankun şəhərində

flyboarding jetpack uçuşu edin. Xizək kimi bir lövhənin üzərində dayanacaqsınız, daha doğrusu uçacaqsınız… Və bunun hamısını aşağıdan gələn boru edəcək.

5. Bir çay için

Yapon çayı

Yorulmusunuzsa, bir çay içmək yaxşı olar. Lakin bunu Yaponiyada olarkən etsəniz, daha yaxşıdır. Yaponların yaşıl çay və matça hazırlayıb servis etdikləri “çay mərasimləri” var. Burada çaylar öz xüsusi qaydasında hazırlanır, hətta bu mərasimə ev sahibliyi etmək üçün hər xırda detalı bilmək vacibdir. Çayın acılığını tarazlasın deyə çaylar şirniyyatla servis edilir.

Sevdiyiniz şeyləri etməyə can atın, bir istək siyahısı hazırlamaq heç vaxt gec deyil. Bəs sizin siyahınızda nələr var? Unutmamısınız ki? Yola davam!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir