Nermine Abbasova

Saç tökülməsinin müalicəsi ən azı 3 aya qədər aparılır

Baxış sayı: 694

Son vaxtlar saç tökülməsi əhali arasında geniş yayılıb. Kişili-qadınlı hər kəs bu problemin narahatlığını yaşayır. Saçtökülmənin qarşısını almaq üçün təbii üsullara əl atanlar da var, daxili orqanlarında hansısa xəstəliyin yaranması şübhəsi ilə həkimə üz tutanlar da.

 

Mövzunun aktuallığını nəzərə alaraq saç tökülməsinin səbəbləri və çarəsi ilə bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova ilə əlaqə saxladıq.

İlk olaraq saç tökülməsinin səbəblərindən danışan həkim bildirib ki, səbəblər sırasında hormonal balans, əksərən irsi olaraq keçən zob, şəkər, eləcə də mədə-bağırsaq xəstəlikləri, xoralar, parazital və qurd xəstəlikləri var. Bundan başqa həddən artıq medikamentoz müalicə – uzun müddət antibiotikdən istifadə, arıqlama prosedurları aparan insanlarda saç tökülmə mütləq baş verir.

Nərminə xanım bildirdi ki, son vaxtlar stress, əsəb, gərgin həyat tərzi, düzgün qidalanmamaq, vitamin balanssızlığı da saç tökülməsinə gətirib çıxarır. Həkimin sözlərinə görə, saç tökülməsi immun sistemi ilə də bağlıdır:

“Zobu və ya parazital xəstəliyi olan birinin saçı tökülməyə bilər. Lakin bir müddət keçdikdən sonra orqanizmdə vitamin balansı və immun sistemi zəifləyir ki, nəticədə də saç tökülmələri müşahidə olunur. Saçlarda alopesiya, yağlı, duru sebariyalar, bəzən görürsən saç dibində sanki şama bənzər qalınlaşmış sebariyalar, saçın dibində həddən artıq gərginləşmə, yağlılığın çoxalması, qırılma, codlaşma baş verdikdə tökülmə başlayır. Bu cür hallarda saçların təbii müalicə edilməsi məsləhətdir”.

N.Abbasova bildirdi ki, saç əkilmə proseduru çox yayılsa da, bu, son nöqtədir və müvəqqətidir. Orqanizmin öz gücünə, öz hormonları ilə yaranan saçlar isə qalıcı və uzunmüddətli olur. Həkim deyir ki, əkilən saçlar daha sonra uzun müddət qulluq və müalicə metodları tələb edir. Təbii artan saçların təbii vasitələrlə müalicəsi daha effektiv nəticə verir və qalıcı olur. Çünki orqanizm öz balansını tənzimləyir, öz gücünə görə yetişə bilir. Həkim onu da vurğuladı ki, saçın müalicəsi ən azı 3 aya qədər aparılır. Bir ay, ay yarıma saç müalicə olunmur.

Məlum olduğu kimi, insanın genetikasından tutmuş irsiyyəti, xəstəlikləri, yaşı, cinsiyyəti saç analizi ilə müəyyən edilə bilər. Hətta DNT testi belə, saçla aparılır. Buna səbəb isə saçın insan orqanizmində ayrıca bir mikroorqanizm olmasıdır. Həkim deyir ki, məhz buna görə saç tükünün dibində olan follekulun normal və sağlam olması üçün həm daxili orqanların mühüm rolu var, həm də yerli müalicələrin.

Nərminə xanım qeyd etdi ki, bəzi xəstələr uzun müddət şampun daxil olmaqla müxtəlif yuyucu vasitələrdən istifadə edirlər. Heç bir nəticə əldə etmədikdə isə ümidsiz halda həkimə müraciət edirlər:

“Biz müalicəyə daxili orqanlardan başlayırıq. Parazital xəstəlik varsa, bədəndən təmizləyirik. Kiçik yaşlı uşaqlarda kirpiyin, qaşın tökülməsi, tam keçəlləşmə hallarına rast gəlinir. Bu problemi də 100 faiz həll edirik. Biz müalicələri ev şəraitində aparırıq. Əgər müalicə kompleks formada və düzgün, dəqiq aparılarsa, effektiv nəticə almaq mümkündür.

Onu da deyim ki, qadınların çoxu saçlarını rənglədikdən sonra tökülmə, quruma, qırılma və uzanmadığından şikayət edirlər. Buna səbəb isə kimyəvi qarışıqlar və kimyəvi yuyucu şampunlardır. Bəzən saç dibində allergik reaksiyalar olması saç boyalarından sonra ola bilir. Bu, qorxulu deyil. Sadəcə olaraq, rənglənmiş boyalı saçlara düzgün qulluq olunarsa, heç bir problem yaranmaz. Saçlarını boyamaq istəyən xanımlar yaxşı olardı ki, amonyaksız boyalardan istifadə etsinlər. Çünki amonyak saç diblərini qidalandırmağa mane olur və qırılma, tökülməyə gətirib çıxarır. Eyni zamanda həmin insanlarda daxildə vitamin balansı da normal olmalıdır. Kifayət qədər mineral qəbul etmək lazımdır. Çünki saç mikroorqanizmi ən çox minerallarla qidalanır. Saç özü kiçik bir orqandır. Orada hormon, kollagen, zülal sintez olunur. Orqanizmdə vitamin balansı zəifdirsə, sink, dəmirin çatışmazlığı saçların qırılması, ağarması və tökülməsinə gətirib çıxarır.

Hamilə qadınlarda və doğuşdan sonra saç tökülməsi də tez-tez rast gələnin hallardandır”.

Bunun təbii hal olduğunu vurğulayan həkim səbəbi daxili orqanlardakı problem, stress, həmçinin vitamin balansının azalması, immun sisteminin aşağı düşməsi, zəifləməsi, uşaq və ananın normal qidalanmamasında görür. Onun sözlərinə görə, saça lazım olan balans orqanizmdə varsa, o saç tökülmür. Amma bəzən doğuşdan sonra orqanizm zəifləyir, qan itirilmiş olur, ananın uşağa süd verməsi, immun sistemi, mədə-bağırsaq sistemi xəstəlikləri də saçın tökülməsinə səbəb olur. Nərminə xanım deyir ki, bunları bərpa etmək üçün düzgün istiqamətdə dəqiq diaqnoz qoyulmalı və müalicə edilməlidir:

“Əgər dəri sağlamdırsa, saç follekulunu yenidən yetişdirmək mümkündürsə, saçlar mütləq çıxır. Saçda yeni tüklərin əmələ gəlməsi istənilən yaş dövründə mümkündür. Müəyyən yaş dövrü var ki, ondan sonra saçın bərpası o qədər də mümkün deyil. Amma 50 yaşa qədər saçın bərpası 100 faiz mümkündür. 50 yaşdan sonra tökülməni dayandırıb, bir qismini bərpa etmək olur. Çünki ümumi orqanizmdə qocalıq gedir.

Qeyd edim ki, saçlarının uzanmamasından şikayət edənlər də az deyil. Düzgün müalicə, düzgün qidalanma olarsa, daxili balans normaya düşərsə, saç lazım olan minerallarla təmin olunarsa, saçların uzanması mümkündür”.

Həkim-terapevt bildirdi ki, saçların tökülməməsi üçün ilk növbədə qulluq lazımdır. Yerli-yersiz tez-tez saçı yumaq olmaz və lazımi dərəcədə düzgün qidalanma mütləq şərtdir.

Həim təbii müalicə üsullarından sarımsaq reseptinə üstünlük verildiyini vurğuladı:

“Sarımsaqla 1967-ci ildə qırmızı kitaba düşən belə bir resept var: 400 qram sarımsağı ət maşınında çəkirlər. Onun sulu hissəsini götürürlər. 96% spitə qatırlar. Qaranlıqda 10 gün saxlayırlar. 10 gündən sonra süzərək dərman kimi işlədirlər. Sonra 1 damcıdan 15 damcıya kimi gündəlik artırmaqla səhər, günorta, axşam istifadə edirlər. Damcıları 100 qram su və ya südə qatıb içmək lazımdır. Damçıları 15-ə qaldırandan sonra gündəlik yenidən azaldaraq məlhəm kimi işlədirlər. Bu resept insanı cavanlaşdırır. Bundan əlavə əllərin əsməsini, qulaqda, küyü, başgicəllənməni azaldır. Damarları xolesterindən və ərplərdən təmizləyir. Bu cavanlaşma dərmanı Tibet üsuludur”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




7 şərh “Saç tökülməsinin müalicəsi ən azı 3 aya qədər aparılır

    1. Gənc Ailə Post author

      Nailə xanım, Nərminə xanımla əlaqə vasitələri məqalənin sonunda qeyd olunmuşdur. Həmçinin fəaliyyət göstərdiyi klinikanın ünvanı ilə də məhz sonluğa diqqət yetirməklə tanış ola bilərsiniz. “Gencaile.az” saytı sizə sağlamlıq arzulayır.

      Cavabla
  1. Mehdi Musayev

    İnsanları ən çox narahat edən məsələlərdən birinə toxunduğunuz üçün təşəkkür edirəm, həkim

    Cavabla

Mehdi Musayev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir