sevgi

Sevən kişi necə olur? – XÜSUSİYYƏTLƏR

Baxış sayı: 1. 885

Bir qadını, xoşladığı kişiylə bağlı ən çox maraqlandıran “Məndən doğrudan xoşu gəlirmi?”, “Məni sevir, yoxsa sadəcə vaxt keçirmək üçün danışır?” kimi suallardır.

Qadınların bu narahatlığına az da son qoymaq üçün sevən kişinin xüsusiyyətlərini təqdim edirik.

Əgər bir kişi sizin xəbəriniz olmadan sizi sevirsə, ya sizdən xoşu gəlirsə, hər zaman sizə utancaq baxışlarla baxacaq. Əgər düz onun gözlərinə baxsanız, baxışlarını tez-tez sizdən yayındıracaq və yanaqları qızaracaq.

Sizə aşıq olan bir kişi sizi tanımağa çalışacaq. Tez-tez suallar verəcək. Söylədiyiniz hər kəlmə ona zövq verəcək. Buna görə hər fürsət düşəndə sizi danışdırmağa, suallar verməyə başlayacaq.

Tez-tez zarafatlar etməsi, danışığıyla sizdə maraq oyatmağa çalışması sevən kişinin ən mühüm xüsusiyyətlərindəndir. Əlbəttə, bəzi kişilər ağıllı danışmaqla yanaşı, hətta xoş sözlər söyləməklə qadının sevgisini qazanmağa çalışarlar.

Sevən kişi sizin yanınızda olarkən davranışlarıyla yanaşı, jest və mimikalarında da nəzakətli olmağa çalışacaq.

Sizi sevən bir kişi təsadüfləri gözləməz. Özü təsadüflər yaradar. Harda olduğunuzu bildiyi an sizdən xəbərsiz, guya sizin orda olduğunuzu bilmirmiş kimi həmin yerə gələr.

Yanınızdaykən südü dağıtmış pişik kimi sakit, yazıq davranar.

Çiçəkləri hər bir qadın sevir . Kişilər bunu hər zaman nəzərə alar.

Sizin yanınızda çəkindiyi bir hal olarkən əliylə başına, ağzına, ya çənəsinə toxunar.

Sevgiliniz  əlinizdən sanki qaçacaqmış kimi möhkəm tutursa, deməli, sizə qarşı sevgisi çox güclüdür. Bu, eyni zamanda həqiqi bir münasibət yaşadığınıza bir işarədir.

Sevən kişi harda olursunuz olun,  maşını olmasa belə, taksi, avtobus, ya dostunun maşınıyla gəlib sizi həmin yerdən özü götürəcək.

Unutmayın, göz qəlbindəkini hər zaman görmək istəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir