olum

Sevdiyi qızın qohumunu söyüşə görə öldürdü – MƏHKƏMƏ

Baxış sayı: 2. 221

Sevdiyi qızın xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən 22 yaşlı İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə davam edib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramilə Nəbiyeva ifadə verib.

O, təqsirləndirilən İbrahimin xalası olduğunu deyib. Ramilə Nəbiyeva qeyd edib ki, İbrahim Sadıqov hadisəni törətdikdən sonra onlara gəlib: “Dedi, İslamı vurmuşam. Xala kimi danladım. Dayısı İlhamı da bizdə qoyub işə getdim. Həmin vaxt özündə idi. Bir onu bilirəm ki, İbrahim çox əsəbi idi. Ətrafında olanlar da onunla ehtiyatlı davranırdı. Əsəbləri yerində olmadığından tez özündən çıxırdı”.

Qadın deyib ki, qətlin söyüş üstündə baş verdiyini bilib: “Ondan xəbərim oldu ki, söyüş üstündə olub. Ölən şəxs bunu söyüb. Bu da söyüşə görə İslamı  vurub”.

Qeyd edək ki,  qətl ötən ilin fevralın  15-də Nərimanov rayonunda baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan “yox” cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqovu xalası qızını danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək, “Güneli anası ilə birlikdə qaçıracağam” deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.

Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəx yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir