Qadina zorakiliq

Şiddətə məruz qalan qadınlar nə etməlidir? – 5 müdafiə taktikası var

Baxış sayı: 1. 325

Qadınları zorakılıqdan qorumaq üçün nələr edilməli? Türkiyəli psixoloq Sibel Dəniz qadınlara qarşı zorakılığın qarşısının alınmasında bəzi vasitələrə diqqət çəkib. Psixoloq getdikcə artan zorakılıq  faktlarının cəmiyyəti sarsıtdığını qeyd edərək qadınları şiddətdən qorumaq üçün nələr edilməli olduğunu açıqlayıb.

“Şiddətə məruz qalan qadınlar nə etməlidir” deyən psixoloq onlar üçün 5 müdafiə taktikası düşünüldüyünü bildirib:

Ailəsində, ətrafında şiddət görən bir uşağın şiddət tətbiqinin böyük ehtimal qazandığını söyləyən S.Dəniz “məsələn, uşağın bir mübahisə zamanı yoldaşına bir yumruq atmasına əgər valideynləri normal baxır, hətta övladlarını alqışlayır, tərifləyir, ondan razı qalırlarsa, bu zaman uşaq, zorakılığa təşviq edilir, zorakılığın doğru bir davranış olduğunu zənn edəcək.

Xüsusilə oğlanlar özünü müdafiəetmə adı altında zorakılığa daha böyük, daha ağır zorakı davranışla cavab verməsi lazım olduğu, əks halda “kişi sayılmayacağı” yönündə “tərbiyə” edilir və belə düşüncə tərzi ilə böyüyürsə, artıq uşaqda problemlərin həll yolunun məhz zorakılıq olduğu kodlaşdırılır” deyib.

 

Qadına istiqamətli şiddəti önləmək üçün nə etməli?

Zorakılıq hadisəsində günahı yalnız zərərçəkmişdə görməyin son dərəcə yanlış bir davranış olacağını ifadə edən psixoloq “şiddəti doğuran faktorları yaxşı araşdırmaq lazımdır. İnsanın ailə həyatı, təhsil səviyyəsi, sosial-iqtisadi vəziyyəti, psixoloji vəziyyəti, spirtli içki və narkotik maddələrin qəbulu təyinedici faktorlar olaraq qarşımıza çıxmaqdadır.

Eyni zamanda insanın ətraf mühiti, yaşadığı ortam, ümumi davranışı, nümunə götürdüyü modellərin tutum və davranışları çox əhəmiyyətli faktorlardır. Şiddət içində böyümüş, çarəsizlik yaşamış, şəxsi ilə ünsiyyət qurulmamış bir uşağın sağlam bir yetkin olması çox çətindir. Bunun yanında ictimai təlimlər və qəbullar da təəssüf ki, xüsusilə qadına yönəlik şiddəti azaldacaq səviyyədə deyil.

“Qadının kürəyindən çubuğu, qarınından dayçanı əskik etməyəcəksən”, “ərdir, döyər də, sevər də”, “əti sənin, sümüyü mənim”, “qadın quyruq yelləməsə kişi baxmaz” kimi ifadələr şiddətə haqq qazandıran yanaşmalardır.

Mütəxəssis zorakılıq hadisələrinın qarşısının alınması və qadınları qorumaq üçün  edilməsi gərəkənləri belə sıralayıb:

– Ən əhəmiyyətli həll hüquqi tənzimləmələrlə qadına, uşağa, yaşlıya, heyvana şiddətə, zorakılığa, təcavüzə lazım olan cəzaların yüngülləşdirici səbəblərə söykənmədən, əfv edilmədən verilməsini təmin etməkdir.

Ailə qızlarına güvənməli və arxasında olduğunu hiss etdirməlidir. Erkən yaşlardan etibarən uşaqlara bütün canlılara qarşı sevgi və mərhəmət duyğusunu aşılamalı və valideynlər bu işdə uşaqlarına müsbət nümunə olmalıdırlar.

Heç bir şiddət hadisəsini görməzdən gəlməmək və ya üstünü örtməyə çalışmamaq olduqca əhəmiyyətlidir. Şiddət, təcavüz görmüş qadın və uşaqlar üçün mütləq dəstək qrupları yaradılmalı və bu insanlar qruplara istiqamətləndirilməlidir.

Mətbuat, media və ictimai media zərərçəkmişləri deyil, zorakılıq edənləri ictimaiyyətə təqdim etməli, belələrinin ictimai qınaqla üzləşməsini, cəmiyyət tərəfindən qəbul edilmədiyini göstərməli, zərərçəkmiş adamınsa cəmiyyətdə özünü narahat hiss etməsinə mane olmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir