sosial sebeke

Sosial mediadan məsuliyyətlə istifadə etmək üçün TÖVSİYƏLƏR

Baxış sayı: 583

Sosial mediaya insanlar tərəfindən baxış heç də birmənalı deyil. Bəziləri düşünür ki, bura fikir mübadiləsi üçün mükəmməl məcradır və 21-ci əsrin ən böyük kəşflərindən biridir. Digər bir qism insanlar isə daimi olaraq belə məcraları, sözün əsl mənasında “Lənətləyir”. Yəqin ki, yaxınlarınızın o telefonu, o şəbəkəni çıxardanlara lənət yağdırdığının şahidi olmusunuz. Qəribə olsa da, günümüzün reallığıdır. Düşüncələr, fotolar və videolar anında və geniş bir şəkildə paylaşılır. Dostlar, ailə üzvləri və tamamilə tanımadığınız insanlar saniyələr içində mesajlar əldə edirlər. Sosial media mütəxəssisləri isə deyirlər ki, profiliniz sizin brendinizdir. Ona görə də o idarəedilən olmalıdır. İnsanlar sosial mediadakı davranışlarınızı əsas tutaraq haqqınızda çox şey deyə bilərlər. Bunlar isə sizin bəyəndiklərinizə, oxuduğunuz məqalə və baxdığınız videolara görədir. Sosial medianın axıcılığını nəzərə alaraq orada şəxsi həyat və iş məlumatlarınızı da ayırmağı bacarmalısınız. Sosial profilinizi məsuliyyətlə və ən yaxşı şəkildə idarə etmək üçün bir neçə tövsiyə və xatırlatma vardır.

Foto, şəxsi məlumatlarınızın harada istifadə edilməsinə diqqət yetirin. Tətbiq və veb saytlarda istifadə qaydalarına fikir verin. Çox insan dərhal şərtləri qəbul etmək üçün ötüb keçir, ancaq daha yaxından nəzər salmaq və bütün bəndləri hərtərəfli oxumaq lazımdır. Bəzi hallarda, avtomatik üz tanıma etiketlərindən imtina edə bilərsiniz.

Şəbəkələrinizdə başqalarının şəkil və videosundan istifadə edən zaman icazə alın. Prosedurlar zamanı xəstələrin şəkillərini isə icazəsiz çəkməyin və paylaşmayın.

Hesablarınızı daim nəzarətdə saxlayın. Sosial mediada paylaşım etmək bir iz buraxır. Əhəmiyyətsiz, utandırıcı və hörmətsiz olan hər şeyi silin. Bura qeyri-aktiv hesablar da daxildir. Bütün dünyanın sizi utanverici vəziyyətdə görməsini istəmirsinizsə, onları şəbəkədən uzaqlaşdırın. Paylaşımı etməmişdən öncə, bir neçə dəfə düşünün və yazınızı oxuyun. Əgər qəzet və saytların ilk manşetində görünmək istəmirsinizsə, bunu edin. Eləcə də ailənizin görməsini istəmədiyiniz postları paylaşmayın.

sosial media

Parolları yeniləmək. Sosial mediadakı parollarınızı tez-tez yeniləyin. Əgər qeyri-aktiv hesablarınız varsa, unutmayın ki, onlar hakerlər üçün açıq deməkdir.

Nifrət deyil, sevgi yayın. Maraqlandığınız şəxsləri, mövzuları dəstəkləyən müsbət postlar paylaşın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir