mugenniler

Şou-biznesdəkilərin BAHALI MAŞINLARI – Kimlər nə sürür ? -SİYAHI

Baxış sayı: 946

Şou-bzinesin tanınmış simaları zaman-zaman bahalı maşınları ilə gündəm mövzusudur. Beləliklə, yerli məşhurların bahalı avtomobillərini təqdim edirik:

Müğənni Xəyyam Nisanov özünə göy rəngli “Bentley” markalı avtomobil alıb.

Əməkdar artist Cavanşir Məmmədovun üç maşını var. Avtomobil həvəskarı olan müğənninin bütün avtomobillərinin nömrə nişanın sonu “100”dür. C.Məmmədovun kolleksiyasında 1966-cı illərə məxsus “Chrysler”, “Rolls Royce”  və “Cadillac Escalade” var.

Müğənni Rüfət Axundov da avtomobil həvəskarıdır. Müğənni maşınlarını tez-tez dəyişir. O, bu günə kimi “Lexus”, “Bentley”, “Gelenvagen” kimi maşınlar alıb. Sənətçinin maşınının nömrə nişanı “90 DC 009″dur.

Xalq artisti Nəzakət Teymurova 100 minlik “Porsche Cayenne” avtomobili idarə edir. O, maşının nömrəsini də ad və soyadına uyğun alıb. ( 90 NT 232 )

Aktrisa Pərvin Abıyeva isə əvvəllər “Porche” markalı maşın idarə edirdi. O, indi “Range Rover” sürür. Aktrisa əvvəlki maşınındakı 99 EP 333 dövlət qeydiyyat nişanlı nömrəsini təzə avtomobilinə vurub.

Əməkdar artist Sevda Ələkbərzadə “İnfiniti” markalı maşın sürür.

Müğənni İlhamə Qasımova isə bir neçə ildir ki, “90 EG 999” nömrəli “Gelandewagen” idarə edir.

Məşhur dünya çempionumuz Zabit Səmədov da “Mercedes-Gelandewagen” idarə edən tanınmışlardandır.

Müğənni Mənzurə Musayeva isə açıqlamasında 100 min dollara “Lexus” markalı maşın aldığını demişdi.

Aparıcı İlhamə Bədəlova “AA” seriyalı dövlət nömrə nişanı “Gelandewagen” idarə edir.


Müğənni Manaf Ağayev “Audi Q8” markalı maşın alıb. O, köhnə avtomobilində olan “10 BU 100” nömrə nişanını yeni maşınına vurub. M.Ağayev bundan öncə “Lexus” markalı avtomobil idarə edirdi.

Xalq artisti Tünzalə Ağayeva ağ rəngli “Volkswagen Touareg” markalı maşına sahiblənib.

Müğənni Damla isə “Mercedes” Vianonu 155 min manata alıb.

Əməkdar artist Yusif Mustafayev “Gelandewagen” sürür.

Müğənni Afət Fərmanqızı da “Gelandewagen” idarə edənlərdəndir.

Əməkdar artist Elza Seyidcahan “Jeep” markalı, 10 LZ 799 dövlət seriyalı avtomobilini 70 min manata yaxın qiymətə aldığını deyib.


Azərbaycanlı oriental rəqqasə Aytən Əliyeva 90 VO 919 dövlət seriyalı, “BMW-X 6” markalı avtomobilini 55 min dollara alıb: “Maşın həvəskarıyam. Yaxşı da idarə etməyi bacarıram. Onu da deyim ki, bu rəngdən Azərbaycanda bir dənədir. O da mənim payıma düşüb. Dubaydan gətizdirmişəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir