aile

“Təmizliyinə fikri verməyən qadın və ya kişi ilə yaşamaq çətin məsələdir”

Baxış sayı: 712

Əvvəllər boşanmalar artıb deyirdik. Bunu sosial-iqtisadi vəziyyət, keçimsizlik, xəyanət və s. səbəblərlə əlaqələndirirdik. Pandemiyadan sonra isə mütəxəssislər ailələrin möhkəmləndiyini dilə gətirdilər.

Bəzi mütəxəssislər qeyd edir ki, guya kişiləri evdən uzaq salan azadlıq imiş. Kafe və restoranların açıq olması, qadağaların olmaması kişiləri evdən soyudurmuş. Pandemiya isə, kişiləri evə yığıb, yəni onlar evdə olub, ailələrinin necə gözəl olduğunu dərk edib, daha da ailələrinə bağlanıblar.

Sosioloq Xatirə Əliyevanın fikrincə, boşanma və ayrılıq qərarı;  keçimsizlik, yola gedə bilməmə, dünyaya baxışların fərqli olması və ən əsası hər zaman diqqətdən yayınan təmizliyin olmaması nəticəsində verilən qərardır.

aile

Yəni kişi ilə qadın eyni evin içində müxtəlif düşüncəlidirsə, əksər kişilər ailəsinin dağılmaması üçün ya güzəştə gedir, ya da başqa qadının yanına. Bəzi kişilər isə, diqqəti, qayğını tələb edir. Bu zaman isə qarşılıqlı problemlər yaranmağa başlayır.

“Boşanmalar; ər-arvad vəzifələrinin yerinə yetirilməməsi, şəxsi gigiyena qaydalarına əməl etməmək, diqqətsizlik, laqeydlik, sosial-iqtisadi vəziyyət və s. digər səbəblərdən meydana gəlir. Bir müddət əvvəl bir qadın boşanma üçün yardım istəyirdi. Söhbət zamanı məlum oldu ki, həyat yoldaşı dişlərini yumur, alt geyimlərini günlərlə dəyişmir, yuyunmur. Kişinin şəxsi işi, maddi durumu yaxşı olsa da, qadın ondan iyrəndiyini dilə gətirirdi. Belə bir vəziyyətin boşanma üçün səbəb olub-olmayacağı ilə maraqlanırdı. Həqiqətən də bəzi ailələr var ki, qadın və kişilər öz təmizliklərinə fikir vermirlər. Bu da ayrılıqla nəticələnir”.

Sosioloq hesab edir ki, bu məsələ bir çox insanlar tərəfindən boşanma səbəbi kimi cidd olaraq qəbul edilməsə də, həqiqətən ciddi məsələdir. Tər qoxusu verən, günlərlə təmizliyinə fikir verməyən qadın və ya kişi ilə yaşamaq çox çətindir:

“Ailədə cinsi münasibətlər çox önəmlidir. Ancaq təmizliyinə fikri verməyən qadın və ya kişi ilə yaşamaq çətin məsələdir. Əvvəllər kişilərin xəyanət etməsinin səbəbləri arasında qadının özünə baxmaması, yuyunmaması, tər və ya yemək qoxusu verməsi əsas gətirilirdi. Bunu, o dövrdə qulaqardına vururdular. Hətta bəzi aktivistlər kişiləri günahkar çıxarır, az qala qadının yuyunmamasında belə kişinin günahı olduğunu irəli sürürdülər. İndi isə artıq bu problem aktuallaşıb. Ailəsini qorumaq istəyən kişi və ya qadın öncə təmizliyinə fikir verməlidir. İşdən yorğun gələn kişi yemək və ya tər qoxusu verən qadını ilə yorğunluğunu çıxara bilməz. Və yaxud sevgi-qayğı-diqqət gözləyən qadın tər qoxusu verən, günlərlə diş yumayan kişi ilə xoşbəxt ola bilməz”.

aile

Mütəxəssis hesab edir ki, bu gün bu məsələ yenə birmənalı qarşılanmaya bilər. Amma ailələrin möhkəm olması üçün var-dövlət deyil, təmizlik əsas məsələdir:

“Ailənizin möhkəm olmasını istəyirsinizsə, təmizliyinizə fikir verin. Dişlərinizi yuyun, yuyunun, geyimlərinizi yuyun, tər əleyhinə vasitələrdən istifadə edin. Qadın kişini və ya kişi qadını qucaqlayanda iyrənməməlidir. Bunun xüsusi məktəbi yoxdur ki, gənclərə izah edilsin. Buna görə də, gənclər bu nüansa o qədər də əhəmiyyət vermirlər. Əhəmiyyətsiz hesab edilən, diqqətdən kənar qalan bu mövzu isə, məsələnin özəyidir”…

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir