usaq

“Tənbəl” damğası vurulan uşaqlar: onlarla necə davranmalı?

Baxış sayı: 2. 465

İlk növbədə dərslərini etməyən uşaqlara “tənbəl” damğası vurulur. Valideynlər övladlarını “Tənbəllik etməsən, yaxşı qiymətlər alarsan. Dərslərini etmirsən. Nəyin əskikdir?”, – deyə danlayıb, təbeh edirlər. Bununla yanaşı, bəzi valideynlər uşaqları kompüter qarşısından qaldırır, cib telefonu, planşeti əllərindən almaqla fikirlərini dərslərinə yönəldəcəklərini düşünürlər. “Gencaile.az” Aile.lent.az-a istinadən türkiyəli həkim-psixiator Sabri Yurdakulun tənbəl uşaqlarla bağlı fikirlərini və məsləhətlərini təqdim edir.

Valideynlər övladlarını televiziya qarşısından ayıra bilmədiklərindən şikayət edirlər. Həkim bildirir ki, bu cür və buna axşar vəziyyətlər uşaqların diqqət çatışmazlığı səbəbindən ola bilər: “Valideynlər deyir ki, uşaqları dərs edərkən tez bezir, 10 dəqiqədən sonra yorulurlar, yerlərindən qalxıb gəzməyə başlayırlar, tez-tez başqa mövzularda suallar verirlər, imtahanlarda çox sayda səhvlər edirlər. Əslində bu, onların tənbəl olması demək deyil. Sadəcə olaraq tez bezir və diqqətləri yayılır. Diqqət yayınması halları aradan qaldırıldıqdan sonra bu problemlər aradan qalxır və uşaqlar nizamlı olaraq dərslərini etməyə başlayırlar”.

Əslində, tənbəl deyilən uşaqların heç biri tənbəl deyil. Uşaq dərslərini etmirsə və dərslərdən tez yorulursa, mütləq bir problemi var. S. Yurdakulun sözlərinə görə, uşaqların həmin problemləri həll edilməyənədək dərsləri ilə məşğul ola bilməyəcəklər. Evdə dərslərlə bağlı olan problemlər məktəbdə də yaşanır. Sinifdə müəllimə uşağın fikrə getməsi, dərsə qulaq asmamasından şikayət edir. Bəzənsə müəlliməni dinləməsə də, verdiyi sullara cavab tapır. Evdə isə valideynlər “mənim uşağım ağıllıdır, amma dərs etməyi sevmir” deyə bildirirlər: “Dərslərini etməyən uşaqlarda diqqət yayınması olduğunu deyəndə valideynlər iki cür cavab verirlər. Bir hissəsi deyir ki, övladı ağıllı olduğu üçün diqqəti yayınır. Onsuz da diqqət yayınması olan uşaqların ağılla problemi olmaz. Ikinci hissəsi isə “mənim uşağım aktiv deyil ki, diqqət yayınması olsa hiperaktiv olardı” deyə bildirirlər. Bu da düzgün deyil. Çünki çox mədəni, tərbiyəli uşaqların da dərs zamanı diqqəti yayıla bilər”.

Diqqət yayınması niyə baş verir?

Əgər övladınız dərsləri ilə məşğul olmursa, ona “tənbəl” damğası vurmazdan əvvəl niyə dərslərinə biganə olması ilə maraqlanın. Məktəbdə müəllimə də eyni halın baş verdiyini deyirsə, deməli, diqqət yayınması faktı var. Həkim bu cür vəziyyətdə dərmanlardan uzaq durmağı tapşırır: “ Dərmandan başqa seçimlər də var. Vacib olan diqqət yayınmasının hansı səviyyədə olmasını bilməkdir. Təəssüflər olsun ki, bir çox ailələr uşaqlarında diqqət yayınması olduğunu bilər-bilməz dərman müalicəsinə keçirlər. Lakin bunun əvəzinə onu psixiatra aparmaq lazımdır. Uşaqlar yalnız diqqət yayınmasının son həddinə çatanda valideynlər mütəxəssislərə müraciət edirlər. Unutmaq olmaz ki, dərmanların təsiri də dozaya bağlıdır. Yüksək dozalı dərmanlar əks təsirlər verə bilər. Bundan başqa, hər diqqət yayınması üçün də dərman qəbul etmək olmaz. Diqqət yayınması olan uşaqlara sədəcə imtahanlardan əvvəl dərman vermək olar. Hər bir halda isə məlumatsız qərar vermək düzgün deyil. Xüsusən də uşaqlarla bağlı müxtəlif anlaşılmaz vəziyyətlərdə mütəxəssislərə müraciət etmək vacibdir”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir