Testosteron

Testosteron hormonunun aşağı olması… – Kişilərə bəd xəbər

Baxış sayı: 410

Testosteron səviyyəsi aşağı olan kişilərin ölüm riskinin daha yüksək olduğu anlaşılıb.

Yeni araşdırma testosteron səviyyəsinin kişilər üçün kritik əhəmiyyət kəsb etdiyini üzə çıxarıb.

“Annals of Internal Medicine” jurnalında dərc edilən araşdırmaya görə, testosteron səviyyəsi aşağı olan kişilərin vaxtından əvvəl ölüm riski daha yüksəkdir.

Tədqiqat çərçivəsində 24.109 kişinin tibbi məlumatları təhlil edilib. Məlum olub ki, testosteron hormonunun səviyyəsi aşağı olduqda kişilərin ürək-damar xəstəliklərinə tutulma və bu xəstəliklər səbəbilə ölmə ehtimalı artır.

Elm adamları nəticələrin müşahidə xarakteri daşıdığını vurğulayıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir