yemeye ne var

Toyuq küftəsi belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 546

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə toyuq küftəsinin hazırlanma qaydasını təqdim edirik

 

Tərkibi:

1 soğan

2 yerkökü

2-3 kartof

100 q dondurulmuş (yaxud konserv) tərəvəz (qarğıdalı, göy noxud, lobya)

300 q toyuq qiyməsi

cəfəri

istiot

duz

 

Hazırlanma qaydası

Soğanı sürtgəcin xırda gözündən keçirin, yerkökünü saman kimi doğrayın. Qalın dibli tavada öncə soğanı, sonra yerkökünü qovurun. Qazana yığın, üzərinə 500 ml su töküb 10 dəqiqə qaynadın. Kartofu iri doğrayın. Qazana tökün, su əlavə edib daha 10 dəqiqə qaynadın. Tərəvəzi (qarğıdalı, göy noxud, lobya) əlavə edin. Toyuq qiyməsini xırda doğranmış cəfəri və ədviyyatla qarışdırın. Şorba qaynara düşəndə əlinizi isladaraq qiymədən küftələr tutub əlavə edin, duz-istiot, ədviyyat əlavə edib daha 7 dəqiqə qaynadın.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir