Naile Ekberova

Uğurlu idarəetmənin prinsipləri

Baxış sayı: 661

Hər hansı təşkilatın idarə olumasında təsisçi ilə yanaşı icraçı direktorun da üzərinə məsuliyyət  düşür. Yaxşı rəhbər işi sadəcə olaraq tabeliyində olanlara tapşırıqlar vermək və onların yerinə yetirilməsinə nəzarət etməklə bitmir, həm də işçilərə işlərinin dəyərini, potensiallarını və müəssisənin məqsədlərinə çatmağın vacibliyini anlamağa kömək edir, onları motivasiya edir. Bu, işlərin normasında getmədiyi zaman əməkdaşların mənəviyyatını yüksəltməkdən tutmuş, şəxsi problemlərlə üzləşən fərdləri dəstəklməyə qədər dəyişə bilər. İdarəçilikdə idarəçinin rolu ancaq məhsuldar mühit yaratmaqla məhdudlaşmır. O, qarşılıqlı anlaşma mədəniyyəti qurur ki, insanlar işdə özlərini rahat hiss etsinlər və nəticələri yaxşılaşdırmaq üçün səy göstərməyə davam etsinlər. Yaxşı komanda ilə iş qurmaq daha da rahat və asan olur.

Bu sadaladıqlarımızdan əlavə idarəçini fərqləndirən cəhəti ani qərarları verə bilmək bacarığıdır. Məslən: problemin ətraflı təhili, nəticəyə təsir edə biləcək faktların və məlumatların toplanması, alternativlərin təhlili və s.

İdarəçinin hər atdığı addım aydın, anlaşıqlı və dəqiq olmalıdır. Hər bir kollektivdə müəyyən problemlər meydana gələ bilər və bu qaçılmazdır. Ancaq bu problemin ədalətli həlli üçün müəyyən addımlar atılmalıdır.

 

Bu kimi problemləri necə aradan qaldırmaq olar?

❖ İlk əvvəl əməkdaşa deyil, problemə fokslanmaq;

❖ Problemi hərtərəfli dinləmək;

❖ Açıq ünsiyyəti təşviq etmək;

❖ Problemin həllində strukturlaşdırılmış yanaşmadan istifadə etmək;

❖ Sakit və obyektiv qalmaq.

 

İdarəçi həftəlik görüşlərin faydalı olmasını təmin etmək üçün nələri nəzərə almalıdır?

❖ Həftədə 1 dəfə də olsa iclas keçirməli;

❖ İclas zamanı təriflə başlamalı və yalnız bundan sonra səhvləri müzakirə etməli;

❖ Vəzifəsindən asılı olmayaraq bu dialoqda tabeliyinizdə olan şəxslər də danışmalı.

Rəhbər komandaya rəy bildirməklə yanaşı, öz fəaliyyəti ilə bağlı fikirlərə açıq olmalıdır. Güclü və zəif tərəflər haqqında dürüst danışacaq etibarlı bir həmkarı tapmaqla, onun fikrini qərəzsiz dinləməklə, inkişaf planı hazırlaya bilərsiz.

Bir sözlə, idarəçi olmaq təkcə işinizdə deyil, həm də komandanıza cavabdeh olmaq deməkdir. Yaxşı bir idarəçi iş proseslərini necə təşkil etməyi və hər bir işçiyə necə yanaşmağı bilir. Öz nümunəsi ilə o, komandanı daim inkisaf etdirməyə və işlədiyi müəssisənin dəyərlərinə əməl etməyə şövq edir, tabeçiliyində olanlarla diqqətli davranır, həmçinin onların təşkilat daxilində böyüməsinə kömək edir.

Təbii ki, yaxşı idarəçi olmaq tez bir vaxtda baş vermir. Daim bacarıqları təkmilləşdirmək, bilikləri praktikada tətbiq etmək, səhvləri və nailiyyətləri təhlil etmək üçün səy göstərməlidir.

 

Nailə Əkbərova

Orvita Psixoloji Reabilitasiya mərkəzinin icraçı direktoru




12 şərh “Uğurlu idarəetmənin prinsipləri

  1. Lalə Elbrus

    yaxşı bir rəhbərin komandasına dəstək verməsi və onları motivasiya etməsi vacibdir, həmçinin şəffaf ünsiyyətin önəmini vurğulamanız çox yerindədir. Mənim fikrimcə, ən vacib məqam insanlara yalnız rəhbərlik etməklə deyil, onlara dəstək olmağın əhəmiyyətini başa salmaqdır. Bu, işçinin həm peşəkar, həm də şəxsi inkişafını təmin edir.

    Cavabla
  2. Nigar Əliyeva

    Məncə Nailə xanım icraçı direktorun işin çox gözəl incəliyib,bütün vacib məqamlara toxunub,bir kollekivi idarə etmək üçün hər zaman balansı qorumaq lazımdır

    Cavabla
  3. Sevinc Süleymanova

    Siz qeyd edirsiniz ki, “idarəçi hər atdığı addımda aydın, anlaşıqlı və dəqiq olmalıdır.” Bu, həm idarəçi, həm də təşkilat üçün böyük məsuliyyət tələb edir. Komandaların inkişafını nəzərə alaraq idarəçi, müxtəlif problemlərlə qarşılaşa bilər və buna necə yanaşmağı bilmək vacibdir.

    Cavabla
  4. Könül Əhmədova

    Nailə xanım, mövzuya dəqiq, düzgün, məntiqi yanaşmanız işinizin peşəkarı olçağınuzda xəbər verir. Sizə uğurlar arzulayıram.

    Cavabla
  5. Şahsənəm

    Nailə xanım sizi bu çıxışınızdan dolayı alqışlayıram. İcra etdiyiniz iş göz önündədir. Təcrübənizlə , hər nüansa proffesdional yanaşmanızla hər işçinin qəlbini qazanmısınız. Sizə , uğurlar arzulayıram!

    Cavabla
  6. Rasim Quluyev

    işçilərə işlərinin dəyərini başa salmaq və müəssisənin məqsədlərinə çatmaqda onlara necə dəstək olmağı vurğulamanız çox gözəl. İnanıram ki, rəhbərlər sadəcə işləri deyil, insanları da idarə etməlidirlər. Bu yazı da göstərir ki, idarəçinin əsl vəzifəsi komandasına doğru yol göstərmək və insanları həm peşəkar, həm də şəxsi həyatda irəliləməyə təşviq etməkdir.

    Cavabla
  7. Afət Kərimli

    Siz düzgün qeyd etmisiniz ki, hər bir problemlə qarşılaşıldıqda ilkin olaraq məsələni obyektiv şəkildə təhlil etmək və açıq ünsiyyəti təşviq etmək vacibdir. Bu yanaşma, hər hansı bir təşkilatın uğur qazanmasında vacib rola malikdir. Eyni zamanda, həftəlik iclasların keçirilməsi işçi motivasiyasının artırılması üçün çox faydalıdır.

    Cavabla
  8. Mətanət Qasımova

    Yazını diqqətlə oxudum və başa düşdüm ki, idarəçi olmaq təkcə qərar vermək və tapşırıqlar vermək deyil. Müəssisə idarəçiliyinin ən mühüm aspekti insanların və kollektivin idarə olunmasıdır. İdarəçi, həmçinin işçilərin şəxsi və peşəkar inkişaflarını müşahidə etməli, onların potensialını aşkar etməli və onları müsbət şəkildə yönəltməlidir. Bu cür yanaşma, təşkilatın uzunmüddətli uğurunu təmin edə bilər.

    Cavabla
  9. Əkbərova Nailə

    Dəyərli vaxtınızı ayırıb məqaləmi oxuyub fikirlerinizi bölüşdüyünüz üçün hər birinizə təşəkkür edirəm.

    Cavabla
  10. Sevda Əliyeva

    Mənim fikrimcə eyni zamanda hər bir rəhbər bu məqalədən özləri üçün bir nüans götürməlidir. 3 ildən çox Nailə xanımın rəhbərliyi altında işləmişəm, istər işçilərlə münasibətinə, istərsə də rəhbərlik etmək bacarığına hər zaman heyran olmuşam.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir