Uşağınıza yemək hazırlayarkən aşağıdakılara diqqət yetirin…
– Uşağınızı yeni bir qida ilə tanış edəcəksinizsə, bunu başqa qidalarla qarışdırmayın.
– Digər tərəfdən, əgər belə etsəniz, körpənizin bu qidaya qarşı allergiyası olub-olmadığını da öyrənə bilərsiniz.
– Hazırladığınız uşaq yeməyinə şəkər və ya duz əlavə etməyin.
– Hazırladığınız uşaq yeməyinə yağ əlavə etməyin (hətta, süfrədə belə).
– C vitamini itkisinə səbəb olduğu üçün uşaq yeməyini mis qablarda bişirməyin.
– Alüminiumla qarışdığı üçün turşulu qidaları alüminium qablarda bişirməyin (məsələn, pomidor kimi).
– Tərəvəzləri buxarda, təzyiq altında və ya susuz şəraitdə bişirin.
– Kartofları qabığı ilə bişirin. Bişirdikdən sonra qabığını soyun.
– Uşaq ən azı 6 aylıq olana qədər verdiyiniz qidaları püre şəklində verin.
– 4-6 aylığında yumşaq, yarımaye pürelər verin.
– 6-7 aylığında doğranmış və ya sürtkəcdən keçirilmiş qidalar verin. Qatıqla və ya başqa bir maye ilə sulandırın.
– Peçenye, keks və tort verməyin.
– Qızartma qidalardan uzaq olun.
– 9 aylığında mümkün qədər kəpəkli və ya çovdarlı çörəklərə üstünülük verin.
– Şirin şeyləri təxirə salın. Şirin şeyləri uşağınıza nə qədər gec versəniz, o qədər yaxşı olar.