Pedofil

Uşaq zorakılığına necə son qoymalı? – EKSPERT RƏYLƏRİ

Baxış sayı: 507

Uşaq hüquqları bir çox beynəlxalq təşkilatlar və media orqanları tərəfindən ən çox nəzərə alınan mövhumlardan biridir. Bununla bağlı yüzlərlə qanunlar qəbul edilib, qətnamələr çıxarılıb. Amma o da bir faktdır ki, zorakılığa uğrayan hər bir uşağı qorumaq mümkün deyil. Nə qədər önləyici tədbirlər görülsə də, uşaqlara qarşı hər il fiziki, psixoloji, cinsi zorakılıq faktları qeydə alınır. Azərbaycanda da bu problem aktualdır. Yadınızdaırsa, ötən ayın sonlarında Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılmışdı. Amma əfsuslar  olsun ki, bu hadisə nə ilkdir, nə də sonuncu. Bu baxımdan Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilməsi yerinə düşdü. Məlum olduğu kimi, Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə müvafiq qanunu təsdiqləyib. Belə ki, qanunla Məcəllənin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsinə dəyişiklik edilib. Dəyişikliklə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

pedofill

Məcəllənin bu günə qədərki variantında isə qeyd edilib ki, bu əməlləri törədənlər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təsdiqlənən digər bir dəyişikliklə isə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə eyni əməllər – yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bütün bu mövzuda baş verən hadisələrin fonunda belə bir sual ortaya çıxır- azyşalı uşaqlara qarşı olan bu “xüsusi” marağın səbəbi nədir?

Yasemen Seferzade

Mövzuya “Gencaile.az” saytı üçün münasibət bildirən uşaq psixoloqu Yasəmən Səfərzadə aşağıdakıları dedi:”Son dövrlər Azərbaycanda azyaşlılara qarşı zorakılıq halları çoxalmaqdadır. Az qala, hər gün mediadan qız və ya oğlan uşaqlarına işgəncə verilməsi,  zorlanması kimi xəbərlər alırıq.  Uşaq zorakılığının əsas səbəbi narkoman ailələrdə olur,  yəni ailədə hansısa üzv narkomandırsa və yaxud da həbsxanaya düşübsə, ailədə narkomaniya varsa belə uşaqlarda uşaq zorakılığı daha geniş yayılıb. Lakin uşaqlar fiziki olaraq problemsiz ola bilərlər, amma psixoloji olaraq çox gərginlik yaşayırlar. Bu onların yeniyetməlik dövründə və ya daha böyük yaşlarında da özünü göstərir. Bu cür ailə şəraitində böyüyən uşaqların özləri də narkoman olaraq uşaqlara qarşı cinsi , psixi zorakılıq edirlər. Eyni sıra da alkoqolizm asıllığı olanlar və ya asıllı olmasa bilə yüksək miqdarda içənlər də uşaqlara qarşı zorakılıq törədirlər.  Bütün bunlardan əlavə , bu gün nə qədər danışsaq da, nə qədər tədbirlər keçirilsə də, ailədaxili şiddətin qarşısını almaq mümkün olmur. Anaya və digər ailə üzvlərinə qarşı zorakılıq da uşağın mənəvi aləmində dərin izlər buraxır.  Bu cür ailə şəraitin də böyüyən uşaqlar da psixolojik cəhətdən travmalı olurlar. Uşaqlığını sevgi ilə yaşamayan psixolojik problemli o , uşaqlar böyüdükdərində özləri də uşaqlara qarşı psixi, cinsi zoraklıq törədirlər.  Zorakılıq qurbanı sonradan zorakılıq törədən insana çevrilir. Az yaşlı uşaqlara qarşı törədilən bütün bu zorakılığın səbəbi uşaqlıqdan gələn travmalar səbəb olur. Uşaqlara zorakılığın olmaması üçün Ailələr uşaqlarını gözəl , tərbiyəvi bir mühitdə , şəraitdə böyütməlidirlər.”

ebru ozkan

Mövzuyla bağlı fikirlərini səsləndirən sosioloq Ebru Özkan isə bunları dilə gətirdi:” Pedofiliya “uşaq” və “sevgi” sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Yetkinlik yaşında olan insanların həddi buluğa çatmamış uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Pedofiliya qadınlara nisbətdə kişilərdə daha çox müşahidə olunan, eyni vaxtda həm qız, həm oğlan uşaqlarına qarşı duyula bilən cinsi istəkdir” – deyən psixoloq bildirir ki, bir pedofilin özünün də uşaq vaxtı cinsi istismara uğraması böyük ehtimaldır. Pedofillərdə psixi pozuntu olduğu halda digər təcavüzkarlarda bu əxlaq zəifliyindən irəli gəlir. Pedofillər yalnız uşaqlara maraq göstərə bildiyi halda, adi təcavüzkarlar öz yaşıdı olan insanlara da cinsi istək duyur.”

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir