Susen Seferli

Uşaqlar niyə yalan danışır və bunu necə önləmək olar?

Baxış sayı: 283

Yalan-doğru olmayan məlumatın fərqində olaraq deyilməsidir. Uşaqlar isə yalanı cəmiyyətdə ətrafını müşahidə edərək öyrənir. Üç yaşında olan uşaqların dediyi yalanlar özünü qoruma məqsədi daşıyır. 4-5 yaşında olan uşaqlar isə yalan və gerçəkliyi fərqləndirə bilmədiyi üçün olmamış hadisələri yaşanmış kimi danışırlar. 7 yaşında isə bəzən xəyal gücünün məhsulu, bəzən isə tərbiyədəki səhvlərdən və cəzalandırılma qorxusundan yaranîr. Bu zaman isə uşaq səhvi başqasının boynuna atır. Yeniyetməlik dövründə deyilən yalanlarda isə bir məqsəd olur, yəni, istəyərək öz mənafelərinə görə başqalarını aldadırlar. Misal üçün:imtahanlardan yaxşı nəticə almayanda,dərs çalîşmaq istəməyəndə və.s. Bu məqamda gözə görünən isə valideynin tərbiyə fəaliyyətində olan səhvlərdir.

valideyn

Yalanın səbəbləri nələrdir?

1) Cəzadan qurtulmaq üçün: Uşaq etdiyi səhvin səbəbini bölüşdüyü zaman valideynlərinin onu cəzalandırmasından əmin olur. Əslində bu situasiyada yalanı formalaşdıran valideyndir.Bunun qarşısını almaq üçün valideynlər öncədən tədbir görməlidir. Uşağın səhvinə görə verilən cəza onun şəxsiyyətinə toxunmamalıdır.

2) Məsuliyyətdən qaçmaq: Uşağın üzərinə düşən məsuliyyət daima valideyn tərəfindən ödənilərsə bu uşaqlar çox rahat yalan danışa bilərlər. Özünü müstəqil şəkildə idarə edə bilən uşaq,əlbəttə ki,yalana ehtiyac duymayacaqdır.

3.Mükəmməlliyyətçi ailə: Bu ailədəki uşaqlar yalana daha çox meyilli olurlar, çünki bu bəyənilməmənin verdiyi mənfi hisslərdən qurtulmaq üçün olan bir davranışdır.

4.Təzyiq göstərmək: Bir həqiqəti söyləməsi üçün uşağa təzyiq göstərmək onu yalana sövq edir. Ən ağır halda isə valideynlər uşağa fiziki cəza verirlər. Misal olaraq: “ Düzünü desən,səni döyməyəcəm.” Lakin uşaq doğrunu dedikdən sonra ona fiziki cəza verilib, şəxsiyyətinə toxunan sözlər eşidir. Bu halda uşaq belə situasiya ilə qarşılaşmaması üçün ikinci dəfə yalana asanlıqla baş vura bilər.

valideyn

Valideynlərin də sorğulamalı olduğu bəzi məqamlar var:

1) Övladıma yetərincə sevgi,qayğı göstərə bilirəmmi?

2) Övladımın əhatəsində ona pis örnək olan insanlar varmı?

3) Övladım nə üçün yalan danışır,nə üçün yalana ehtiyac duyur?

valideyn

Uşaq yalan danışarkən nələr edilməlidir?

1) Şərtsiz sevgi.Övladınıza olan sevginiz hər hansı bir şərtə bağlı olmasın.

2) İlk olaraq problemə yönəlin,nə üçün yalan danışdın deyil,problemi həll etməyə çalışın.

3) Övladınıza məsuliyyət hissini aşılayın.

4) Övladınıza düzgün rol model olun.

5) Övladınızı olduğu kimi qəbul edin.

6) Övladınızın seçimlərinə hörmətlə yanaşın.

 

Psixoloq Süsən Səfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir