Tura Elheyderova

Uşaqlarda konversiya pozuntu - PSİXOLOQ YAZIR

Baxış sayı: 604

Konversiya Pozuntu insanın daxili aləmində yaranan psixoloji konflikt və ya ehtiyac, ətraf mühitə və reallığa uyğunlaşa bilməməsi nəticəsində baş verən, motor və ya duyğu funksiyalarına təsir edən, fiziki xəstəliklərlə tam izah edilə bilməyən bir və ya bir neçə əlamətlə səciyyələnən pozğunluqdur.

Yəni, uşaq həll edə bilmədiyi daxili problemlərini və ya uyğunlaşa bilmədiyi mühitlə bağlı çətinliklərini fiziki tapıntılara çevirir. Məsələn, eşitmir, susqunluğa üstünlük verir, ayaqlarını könüllü olaraq iflic vəziyyətinə gətirir və ya gəzə bilmir.

 

Uşaqlarda Konversiya Pozuntusu:

Motor

Sensor

Qeyri-epileptik (nevroloji) tutmalar

Qarışıq tip

Motor pozuntularına daxildir:

Qol, ayaq və ya gövdədə ani güc itkisi

Anesteziya altında olmaq hissi

Dəridə uyuşma

Korlama

Qeyri-epileptik tutmalara misal olaraq bayılma göstərilə bilər.

 

Uşaqlarda konversiya pozuntusuna səbəb olan amillər:

Yanlış inanclar

Ailə daxili münaqişələr

Sosial stresslər

İtki və ya travma kimi psixoloji stress amilləri və s.

 

Simptomlar travmadan dərhal sonra, günlər və ya saatlar sonra yarana bilər. Uşaq və ya yeniyetmə daxili konfliktindən və ya dözə bilmədiyi vəziyyətdən fiziki əlamətlər vasitəsilə xilas olur. Eyni zamanda, onun üzərindəki məsuliyyət və gözlənti aradan qalxır, yəni ikincili qazanc əldə edir.

Belə uşaqlara vaxtında dəstək verilməli, ailə fərdləri və müəllimlər arasında psixoloji dəstək proqramı hazırlanmalıdır.

 

 Tura Əliheydərova

Orvita Autizm Evinin psixoloqu




5 şərh “Uşaqlarda konversiya pozuntu – PSİXOLOQ YAZIR

  1. Azadə Qurbətova

    Mənim uşağım da bəzi vaxtlarda müxtəlif fiziki şikayətlər edir, amma heç bir ciddi fiziki problem yoxdur. Bu yazı ilə konversiya pozuntusu barədə daha çox məlumat əldə etdim. Bunu başa düşmək, bəzən valideynlər üçün çox çətin olur. Bu cür pozuntunun qarşısını almaq üçün nə etməliyik? Uşağımızın bu cür simptomlarla qarşılaşmaması üçün nə etməliyik?

    Cavabla
  2. Gülçöhrə Əliyeva

    Yazı çox təsirli oldu, xüsusən də ‘ikincili qazanc’ məqamı. Mənim oğlum da bəzən xəstələndiyini deyir, amma həkimlər heç bir ciddi problem tapmırlar. Bu yazı mənə çox yeni bir perspektiv verdi. İndi daha çox psixoloji yanaşma ilə bu cür vəziyyətləri izləyəcəyəm. Yaxşı olardı ki, gələcəkdə yazılarınızda valideynlər üçün praktiki məsləhətlərə də yer versəniz. Məsələn, uşaqla bu barədə necə danışmalıyıq, necə dəstək ola bilərik?

    Cavabla
  3. Vaıidə Quliyeva

    Əslində, bu yazı mənə çox şey öyrətdi. Uşaqların psixoloji vəziyyətlərini anlamaq, bəzən çox çətin olur. Onlar emosional problemləri bəzən fiziki xəstəliklərlə gizlədə bilirlər. Yazıda olan nümunələr çox əhəmiyyətlidir. Amma sualım var: Bu cür vəziyyətlərlə qarşılaşan bir uşaq üçün hansı növ psixoterapiya və ya dəstək ən faydalı ola bilər? Əgər bu yazı ilə bağlı əlavə məsləhətləriniz varsa, oxumaq istərdim

    Cavabla
  4. Lamiyə

    Mənim 7 yaşlı oğlum da bəzən qorxularını və narahatlıqlarını fiziki əlamətlərlə göstərir. Məsələn, qarın ağrısı və ya baş ağrısı. Bu yazı ilə uşağımın davranışını başqa bir açıdan görməyə başladım. Amma bir az da sualım var: Uşaqların psixoloji problemləri ilə necə mübarizə aparmalı və onlara hansı metodlarla dəstək ola bilərik ki, bu vəziyyətlər daha da pisləşməsin?

    Cavabla
  5. Tahirə

    Yazını çox bəyəndim. Uşaqlarda baş verən bu cür simptomların, xüsusilə də travma sonrası ortaya çıxan davranışların daha yaxşı başa düşülməsi çox vacibdir. Bəzən valideynlər yalnız fiziki problemləri görür və psixoloji tərəfi gözardı edirlər. Yazınızda bunun nə qədər önəmli olduğunu vurğulamısınız. Amma sualım var: Uşaqlara travma sonrası müalicə necə tətbiq edilməlidir? İkinci bir şey isə, məktəbdə belə uşaqlara necə yanaşmalıyıq?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir