ders

Uşaqları dərs oxumaq üçün necə həvəsləndirmək olar?

Baxış sayı: 185

Məktəbli yaşında uşaqları olan bir çox valideyn onlarda oxuma həvəsinin olmamasından şikayətlənir. Bəzilərində bu həvəs ilk dərs ilində, digərlərində isə sonradan müxtəlif səbəblərdən itir. Bəs valideynlər necə davranmalı, uşaqları oxumağa necə həvəsləndirməlidir ?

Beləliklə, uşaqları dərs oxumağa həvəsləndirən bir neçə qaydanı sizə təqdim edirik

.

Tərif

Uşaqarınızla daim ünsiyyətdə olun. Onunla danışmaqdan çəkinməyin. Ümumiyyətlə, ailədə elə şərait olmalıdır ki, uşaq özü oxumağa həvəs göstərsin. Uşaqlar valideynlərinin sevgisini və qayğısını hiss edirsə o anlayacaq ki, dərs oxumaq onlar üçün önəmlidir. Onlar valideynlərinin hər vəziyyətdə arxalarında olduqlarını hiss etməlidir. Ailələrdə yaxşı oxumağa görə tərif uşaqlar üçün çox şey deməkdir. Tərif dərs oxumaq üçün stimul yaradan bir vasitədir.

 

Özgüvən və özünəqiymət

Bu 2 şey dərsə marağın artması üçün ən vacib amillərdən biridir. Uşaq özünə inamlı olmalıdır. “Sən hər şeyi bacararsan” – fikri uşaqlar üçün daim söylənməlidir. Bu vaxt şagirddə dərs oxumaq prosesinə münasibət daha yaxşı olacaq.

 

Hədiyyələr

Yaxşı oxumaq və çalışmaq üçün məktəblinin çoxdan arzu etdiyi hədiyyələri almaq ona yaxşı stimul ola bilər.

Rəqabət ruhunun olması

Bəzən bu hal çox valideynin xoşuna gəlmir. Ancaq uşaqda rəqabət ruhunun olması dərs oxumaq üçün ən vacib faktorlardan biridir. Hətta bəzən böyüdükcə əks cinsə mənsub sinif yoldaşınin diqqətini çəkmək istəyi də dərs oxumaq üçün həvəs yarada bilir.

 

“Oyun” yolu ilə həvəsləndirmə

Uşağı motivasiya etmək istəyirsinizsə, onlarla bilik və əzbər yarışmaları, yüksək səslə oxumaq oyunları keçirməlisiniz. Onun dilində danışmaq, onu başa düşdüyünüzü göstərmək, uşağınızın sizə güvənməsinə və sizə qarşı məsuliyyətli davranmasına səbəb olacaqdır.

Ən əsası isə uşaqları inandırın ki, biliyə yiyələnmək hər kəsə vacib olan bir şeydir və bu bacarıq gələcək həyatında mütləq lazım olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir